Milli Məclisin Sədri Türkiyənin “Daily Sabah” nəşrinə müsahibə verib

Milli Məclisin Sədri Türkiyənin “Daily Sabah” nəşrinə müsahibə verib

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyənin nüfuzlu “Daily Sabah” nəşrinə müsahibə verib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, Spiker müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb, uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən xain terrorçuluq əməllərindən söz açıb.

Sahibə Qafarova vurğulayıb ki, biz Ermənistanın terrorçuluq əməlləri ilə 30 ildir üz-üzəyik. 1992-ci ildə baş verən Xocalı faciəsini, Ermənistanın Azərbaycanın ayrı-ayrı yerlərində törətdiyi digər terror hadisələrini hər kəs görüb.

Spiker bildirib ki, bu ilin iyulunda Ermənistan silahlı qüvvələri Tovuz rayonuna hücum etməklə Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlamaqla qane olmadıqlarını, işğalın coğrafiyasını genişləndirməyə çalışdıqlarını ortaya qoydular.

Ermənilərin yeni torpaq iddiaları avqustunda ölkəmizə kəşfiyyat-diversiya qruplarını göndərməklə yenidən tam ortaya çıxdı, onlar yeni müharibəyə hazırlaşdıqlarının mesajını verdilər. Sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələri cəbhə xəttinin müxtəlif istiqamətlərindən hücuma keçdilər. Azərbaycan Ordusu da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına, işğal altındakı torpaqları azad etmək üçün savaşa başladı.

Parlamentin sədri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə mandat almış ATƏT-in Minsk qrupunun 30 ildə heç bir önəmli addım atmadığını vurğulayıb. Spiker bildirib ki, Ermənistanın bu müddətdə BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarını qeyd-şərtsiz işğaldan azad etmələri haqqında qətnamələrinə və digər beynəlxalq təşkilatların məsələ ilə bağlı sənədlərinə məhəl qoymadığını da Türkiyə oxucularının diqqətinə çatdırıb. Azərbaycanın bu gün öz ərazi bütövlüyünü rəşadətli Ordusunun gücü ilə, hərbi yolla azad etməkdən başqa çıxış yolunun qalmadığını bildirib.

Sahibə Qafarova deyib ki, Azərbaycanın müzəffər Ordusu ilə bacara bilmədiyini aşkar surətdə görən Ermənistan hələ də xain terrorçuluq əməllərindən əl çəkmir. İşğalçı ölkənin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni, digər şəhər və rayonlarımızı ballistik raket atəşinə tutması buna bariz sübutdur. Bu əməllər nəticəsində onlarca mülki vətəndaş həlak oldu, 50-yə yaxın dinc sakin xəsarət aldı. Ölənlər arasında azyaşlı uşaqlar, məktəblilər və qocalar var.

Daha sonra Spiker Ermənistanın Azərbaycan Ordusunun gücü qarşısında duruş gətirə bilmədiyi üçün öz məğlubiyyətinə müxtəlif don geyindirməyə çalışmasından, Ordumuzla bağlı həqiqətə uyğun olmayan iddialar irəli sürməsindən danışaraq deyib ki, Ermənistanın hərbi–siyasi rəhbərliyinin bu kimi iddiaları həqiqətdən tamamilə uzaqdır. Əksinə, Ermənistan silahlı qüvvələrinin tərkibində ASALA, PKK ünsürlərinin, müxtəlif ölkələrdən gələn silahlı muzdluların olması faktlarla sübut olunmuşdur.

Müsahibədə Milli Məclis Sədri vurğulayıb ki, Azərbaycanın heç bir başqa dövlətin torpağında gözü yoxdur. Lakin, heç kəsin də Azərbaycan torpaqlarına göz qoymasına imkan verməyəcək. Biz öz Vətənimizi azad edirik və bu yolda sonuna qədər gedəcəyik. Azərbaycan heç vaxt öz torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Sahibə Qafarova müsahibədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və bütün türk xalqının daim Azərbaycanın yanında olduğunu bəyan edib, bu dəstəyin xalqımız üçün çox dəyərli olduğunu bildirib.

Spiker bu günlərdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun ölkəmizə səfərindən də danışıb. O, Mustafa Şentopun Milli Məclisin iclasında çıxış etməsinin, iclasdan dərhal sonra isə Gəncəyə yollanaraq oradakı vəziyyəti görməsi və insanları ziyarət etməsinin Türkiyənin Azərbaycana dövlət dəstəyinin bariz nümunəsi olduğunu deyib.

“Dost çətin gündə tanınar. Türkiyə də çətin gündə bizə dost və qardaş əli uzadan ilk ölkədir. Biz bu qardaşlığın sarsılmaz təməllər üzərində qurulduğuna və daim yaşayacağına inanırıq”, - deyə Milli Məclisin Sədri vurğulayıb.

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib (ÖZƏL)
Danimarkada "omikron" ştammına 7 yoluxma halı qeydə alınıb
BMT-nin baş katibi yeni səyahət məhdudiyyətlərini ədalətsiz adlandırıb
Tramp Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-ın nüfuzunun minimuma endiyini deyib
Ağ Ev ABŞ və Rusiya liderlərinin mümkün görüşünü şərh edib
Dünyada koronavirusa qarşı 8 milyarddan artıq peyvənd istifadə edilib
Çavuşoğlu və Blinken Azərbaycan və Ermənistanı müzakirə ediblər
Ərdoğan yeni xəzinədarlıq və maliyyə naziri təyin edib
Dünyada beynəlxalq miqrantların sayı 281 milyona çatıb
İtaliyada 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunmasına icazə verilib
İngiltərə Premyer Liqası: "Liverpul" "Evertonu" darmadağın edib, "Çelsi" növbəti qələbəsini qazanıb
ABŞ-da atışma olub, ölənlər var
OPEC ölkələri yeni baş katib seçəcəklər
İsraildə Milli Antiterror Bölməsi yaradılacaq
ABŞ-da "omikron" ştammına ilk yoluxma halı aşkarlanıb
Ombudsman Səbinə Əliyeva İtaliyaya rəsmi səfər edib
İran-Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib
23 ölkədə koronavirusun "omikron" ştammına yoluxma halları qeydə alınıb - ÜST
Bakıda ikimərtəbəli evdə partlayış olub
Ermənipərəst dairələrin maliyyələşdirdiyi "siyasi mühacirlər" "Qarabağ"ın matçına təxribatlar hazırlayır
Türkiyədə son sutkada koronavirusdan 24 113 nəfər sağalıb
"Petkim" xaricdə 350-dən çox müştəri portfelinə malikdir
Qazaxıstan səfiri helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir
Azərbaycanın avtomobil idxalı 40 faizdən çox artıb
Oqtay Gülalıyev sağdır, səhhəti yaxşıdır - Oğlu
DGK büdcə öhdəliyinə 111 faizdən çox əməl edib
Bu gun razılaşdırılmayan aksiyada saxlanılanalar arasında qadın və azyaşlı yoxdur - DİN
Qazi Universiteti, AzTU və MDU üçtərəfli işbirliyi çərçivəsində elmi seminar keçirilib (FOTO)
UNEC İqtisadi Forumun birinci günü uğurla başa çatıb (FOTO)
Mərkəzi Bankın valyuta ehtiyatları 10 faizdən çox artıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 795 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun növbəti iclası keçirilib
ABB-də cəmi 13%-lə kredit fürsəti!
ABŞ səfiri Tərtərə səfər edib (FOTO)
Azərbaycan və Ermənistanın xarici işlər naziri İsveçdə görüşəcək
AzTV DSX-nin helikopterinin qəzaya uğraması ilə əlaqədar olaraq efir proqramında dəyişiklik edib
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Dekabrın 2-nə USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Helikopter qəzası ilə bağlı yayılan şayiələr - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Ölkədə ilk özəl kiber təhlükəsizlik R&D mərkəzinin açılışı oldu (FOTO)
Daha bir qrup qazi 4-cü nəsil elektron protezlə təmin edildi (FOTO)
ABŞ-ın MLI İnstitutu Azərbaycana daha 8 minaaxtaran it göndərib (FOTO)
Almaniyada İkinci Dünya müharibəsindən qalan bomba partlayıb, yaralılar var
Helikopter qəzasında yaralanan hərbçilər hadisə anından danışdı (FOTO/VİDEO)
Bakıdakı böyük xəstəxanaların tibb işçiləri həkim çatışmazlığı olan yerlərə təhkim ediləcək
Avrokomissiya Aİ ölkələrini səyahət məhdudiyyətlərinin tətbiqinə hazır olmağa çağırıb
Bakıda qanunsuz aksiya keçirilməsinin qarşısı alınıb - DİN
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib
Bərdədə güclü külək binanın damını uçurub (FOTO)
Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu xətti yenidən qurulur (FOTO)
Türkiyənin AFAD nümayəndə heyəti Azərbaycanda səfərdədir
UNEC İqtisadi Forumu 2021: Nobel mükafatı laureatı Aziz Sancar alimlərlə görüşüb (FOTO)
Bu il Azərbaycanda 654 nəfər QİÇS-ə yoluxub
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb
Azərbaycanda 2018-ci illə müqayisədə ötən il QİÇS-dən ölənlərin sayı 2 dəfədən çox azalıb
Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsul satışının genişləndirilməsinə dəstək Qaydası təsdiqləndi
Helikopter qəzasının səbəbini bilmədən müxtəlif versiyalar səsləndirmək ordunun imicinə zərbə vurmaqdır - Hərbi ekspert
Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi təyin edilib
Ötən ay işğaldan azad olunan ərazilərdən 610 mina aşkarlanıb
Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlandı
Dekabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Almaniyanın Azərbaycandakı səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib
Ombudsman Aparatının əməkdaşları şəhidlərlə vida mərasimində iştirak ediblər
Bakı metropolitenində dizel stansiyası fəaliyyətə başlayıb - Özəl (FOTO)
Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri görüşəcək
STAR Zavodu 28 fərqli növ xam neftin testini edib
Bakıda restoranda yanğın olub
"Omikron" daha bir ölkədə aşkar olundu
Hakimliyə namizədlər üçün imtahan keçirilib
"Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir (FOTO)
AHİK onun barəsində mətbuatda dərc olunan əsassız iradlara cavab verdi
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib (FOTO)
DSX-nin şəhid hərbçiləri II Şəhidlər Xiyabanında dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
AccessBank-dan illik 14%-lə nağd kredit!
Star zavodu Türkiyənin işlənmiş neft məhsulları ehtiyacının təxminən 25%-ni qarşılayır - Baş icracı direktor
Gürcüstanın xarici işlər naziri Azərbaycana başsağlığı verib
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb
Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı proqram hazırlanır - Zaxarova
Kırıkkale Universitetinin və Atatürk Universitetinin professorları Gəncə Dövlət Universitetinə səfər ediblər (FOTO)
Sabunçuda bir nəfəri qətlə yetirən, digərini yaralayan şəxslər həbs edilib
Macarıstan azərbaycanlı tələbələr üçün təqaüd proqramına start verib
"Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcək
Allahşükür Paşazadə DSX-nin şəhid hərbçilərinin ailələrinə başsağlığı verib
Gürcüstan səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib
Təl-Əviv dünyanın ən bahalı şəhəri olub
Taksi sürücüsünə qarşı soyğunçuluq edən “müştəri” saxlanılıb (VİDEO)
Laçında hava limanının tikintisi bölgənin beynəlxalq statusunu artıracaq - Səttar Möhbalıyev
“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan
Onların hər biri şəhidlik zirvəsinə ucalaraq vətənimizin başını uca etdilər - Elçin Quliyev
Metronun “Xocəsən” stansiyasında tikinti-quraşdırma işləri tamamlanır (FOTO)
Bəzi şəxslər helikopter qəzasından siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd göstərirlər - Kamran Əliyev
Metronun daha bir deposunun inşasında birinci mərhələ davam edir (FOTO)
Laçın rayonun işğaldan azad olunması olduqca mühüm strateji əhəmiyyət kəsb edir - Tamam Cəfərova
Bakıda metro stansiyası yaxınlığındakı yanğın söndürülüb
Putinlə Ərdoğan arasında telefon danışığı olacaq
Sabah hava necə olacaq?
Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə aşkar edilib (FOTO)
Bütün xəbərlər