...

Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı

Siyasət Materials 24 Oktyabr 2020 17:22 (UTC +04:00)
Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı

Bakı. Trend:

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 65 mülki şəxs qətlə yetirilib, 297 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 398, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 174-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti