...

Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırıb

Siyasət Materials 28 Oktyabr 2020 15:06 (UTC +04:00)
Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda olan hərbi atteşeləri Bərdədə erməni terrorunun nəticələrini əyani şəkildə görmək üçün Bərdəyə səfər etməyə çağırıb.

Trend-in məlumatına görə, H.Hacıyev bildirib ki, vəziyyət dəqiq öyrənildikdən sonra hərbi atteşelərə məlumat veriləcək: “Hərbi qurumlarla razılaşdırdıqdan sonra Azərbaycanda olan hərbi atteşelərin vəziyyətlə əyani şəkildə tanış olması üçün sizi Bərdəyə səfər etməyə dəvət edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti