...

“TF1” telekanalına qarşı erməni lobbisinin nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik - Prezidentin köməkçisi

Siyasət Materials 4 Noyabr 2020 18:54 (UTC +04:00)
“TF1” telekanalına qarşı erməni lobbisinin nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik - Prezidentin köməkçisi

Bakı. Trend:

“TF1” telekanalına qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

Prezidentin köməkçisi bildirib: "Azərbaycanlı mülki şəxslərin təhlükəli vəziyyətdə yaşadıqlarını və Ermənistanla Azərbaycan arasında davam edən müharibəni işıqlandıraraq vəzifələrini peşəkarlıqla görən “TF1” və onun müxbiri Liseron Boudoula qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti