...

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İB erməni lobbisinin italiyalı jurnalistə təhdidləri ilə bağlı bəyanat verib (FOTO)

Siyasət Materials 6 Noyabr 2020 17:29 (UTC +04:00)
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İB erməni lobbisinin italiyalı jurnalistə təhdidləri ilə bağlı bəyanat verib (FOTO)

Bakı. Trend:

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi (İB) erməni lobbisinin İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Reyə təhdidlərilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir:

"Azərbaycan Ermənistanı dəfələrlə təxribatçı hərəkətlərə son qoymağa çağırıb və Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinə çalışır. Buna baxmayaraq, 27 sentyabr 2020-ci ildə Ermənistan Azərbaycana qarşı növbəti təxribata əl atdı. Ermənistan 1993-cü ildə BMT TŞ-nın Dağlıq Qarabağ məsələsinə dair qəbul etdiyi 4 qətnaməyə məhələ qoymayıb. Erməni silahlı qüvvələrinin məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh prosesini pozmaq və Azərbaycanı müharibəyə cəlb etmək idi. Ermənistan tərəfindən Qarabağda işğal olunmuş yaşayış məskənlərimiz atəşə tutulub. Erməni işğalçı qüvvələrinin təxribatı nəticəsində yaralanmış dinc sakinlər və hərbçilər də var. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib. Dağlıq Qarabağda işğal olunmuş qəsəbələrimiz Ermənistan tərəfindən yandırılıb.

Biz ədalətsiz qan tökülməsinin tərəfdarı deyilik. Biz istəyirik ki, torpaqlarımız sülh danışıqları yolu ilə geri alınsın. Ancaq Ermənistan sülh danışıqlarına həmişə mane olub.

Təəssüf ki, erməni lobbisi də Ermənistanın bu separatist siyasətinə dəstək veririr. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin noyabrın 2-də İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Reyə müsahibə verib. Lakin bundan sonra jurnalist Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalıb. Biz öz peşə borcunu yerinə yetirən həmkarımızı hədəf alan bu terrora layiq hərəkəti pisləyirik. Bütün platformalarda, meydanlarda Azərbaycana uduzan ermənilər Qarabağda aldıqlaırı ağır məğlubiyyəti dünyanın heç bir yerində həzm edə bilmir, rüsvayçılıqlarının əvəzini, dinc aksiyalarla öz dövlətinə, ordusuna dəstək verən sivil azərbaycanlıara, həmçinin media nümayəndələrinə hücum etməklə çıxmağa çalışırlar. Erməni lobbisi tərəfindən jurnalistlərin təhdid edilməsini, azad mediaya, söz azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq. Xahiş edirk ki, rəhbəri olduğunuz təşkilat Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə qarşı belə hücumların qarşısının alınmasına dəstək göstərsin. Eyni zamanda erməni lobbisinin birbaşa və sosial şəbəkələrdə söz azadlığına qarşı fəaliyyətini təcili araşdırmağınızı və qınamağınız xahiş edirik.

Erməni lobbisi tərəfindən İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Reyə edilən təzyiqlər növbəti təxribat hadisəsidir. Ermənistanın və erməni lobbisnin vəhşiliklərini, təxribatçı əməllərini pisləyirik və bu işğalçı dövlətin qanun qarşısında cavab verməsini tələb edirik. Bütün dünya ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətini və qanun pozuntularını qınamalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti