...

Ermənistanın 17 siyasi partiyası Nikol Paşinyanın istefasını tələb edir

Siyasət Materials 9 Noyabr 2020 23:37 (UTC +04:00)
Ermənistanın 17 siyasi partiyası Nikol Paşinyanın istefasını tələb edir

Bakı. Trend:

Ermənistanın 17 siyasi partiyası Nikol Paşinyanın istefasını və mövcud hərbi vəziyyətdə ölkəni idarə edəcək hərbi-siyasi qurumun yaradılmasını tələb edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə siyasi qüvvələrin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Geri dönüşü olmayan itkilərin qarşısını almaq üçün baş nazir N.Paşinyanın və onun kabinetinin könüllü istefası, habelə hazırkı vəziyyətdə irəliləyiş, hərbi-siyasi problemləri həll edə biləcək yeni bir icra orqanının təcili olaraq yaradılması lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti