...

Müzəffər öndərimiz İlham Əliyev Azərbaycanın gücünü bütün dünyaya sübut etdi - Xalq yazıçısı Kamal Abdulla

Siyasət Materials 10 Noyabr 2020 20:26 (UTC +04:00)
Müzəffər öndərimiz İlham Əliyev Azərbaycanın gücünü bütün dünyaya sübut etdi - Xalq yazıçısı Kamal Abdulla

Trend-i buradan izləyin

Bakı. Trend:

“Əziz Şuşa, biz qayıtdıq!” – bu sözləri Azərbaycan millətinin böyük oğlu, bütün zamanların böyük Azərbaycan sərkərdəsi, Müzəffər öndər İlham Əliyev dedi. Müzəffər öndərimiz Azərbaycanın gücünü, potensialını bütün dünyaya sübut etdi. Bütün dünya bu gün Azərbaycan xalqının həm mədəniyyətini, həm intellektual səviyyəsini, həm döyüş bacarığını, həm onun diplomatik gücünü gördü və bir daha biz öz bildiyimiz adekvat həqiqətimizi dünyaya çatdırdıq.

Ulu Öndər Heydər Əliyevə Allah rəhmət eləsin. Allahdan razı olmalıyıq ki, bizim belə böyük bir sərkərdəmiz, bizim belə böyük bir Prezidentimiz var. Biz ordumuzla, qalibiyyətli əsgərlərimizlə, şəhidlərimizlə, qazilərimizlə, arxa cəbhədə bir yumruq kimi Azərbaycan adını göylərə qaldıran vətəndaşlarımızla ancaq fəxr edə bilərik.

Bu gün qəhər boğazımızdadır. Bu gün bizim gözümüzdən sevinc yaşları axır.

“Əziz Şuşa, biz qayıtdıq!” sözləri əbədi olsun.

“Əziz Şuşa, biz səninləyik!” sözləri ömürlük olsun.

Eşq olsun Azərbaycana, eşq olsun Müzəffər öndərimizə, eşq olsun Azərbaycan əsgərinə!

Yaşasın Azərbaycan!

Xəbər lenti

Xəbər lenti