...

YAP Bərdədə erməni terrorundan əziyyət çəkən 500 ailəyə yardım edib (FOTO)

Siyasət Materials 12 Noyabr 2020 15:38 (UTC +04:00)
YAP Bərdədə erməni terrorundan əziyyət çəkən 500 ailəyə yardım edib (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Bərdə şəhərinə 500 ailə üçün nəzərdə tutulmuş humanitar yardım çatdırılıb.

YAP-dan Trend-ə verilən məlumatda qeyd olunur ki, Ermənistanın terrorçu dəstələri tərəfindən yaşayış məntəqələrimizin və dinc əhalinin atəşə tutulması nəticəsində zərərçəkmiş ailələrə qayğı göstərilməsi, yardım edilməsi Yeni Azərbaycan Partiyasının fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil edir.

Yeni Azərbaycan Partiyası Vətən müharibəsinin davam etdiyi günlər ərzində “Birlikdə güclüyük” kampaniyası çərçivəsində erməni faşistlərinin hədəfinə çevrilmiş Gəncədə və Azərbaycanın digər şəhər və kəndlərində həyata keçirdiyi humanitar layihə bu gün də davam etməkdədir.

YAP nümayəndələri ötən həftə Bərdə şəhərinə səfər etmişdir. Partiyanın təmsilçiləri şəhərin raket hücumuna məruz qalması nəticəsində evləri dağılmış ailələri ziyarət etmiş, onların problemləri ilə maraqlanmışdılar.

Bu gün isə Yeni Azərbaycan Partiyası tərəfindən Bərdə şəhərinə 500 ailə üçün nəzərdə tutulmuş humanitar yardım çatdırılmışdır. Partiyanın bu yardımı erməni vandalizminin qurbanına çevrilmiş, erməni təxribatı nəticəsində evləri dağılmış, eləcə də həlak olmuş vətəndaşlarımızın ailələrinə təqdim edilmişdir.

Görüşlərdə iştirak edən Bərdə sakinləri Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük Qələbədən qürur duyduqlarını bildirmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti