...

Ermənistan öz xalqını media vasitəsi ilə də aldatdı

Siyasət Materials 16 Noyabr 2020 17:56 (UTC +04:00)
Ermənistan öz xalqını media vasitəsi ilə də aldatdı

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandansı müharibə başlanan gündən öz xalqından həqiqəti gizlətdi. Bunun səbəbi 30 il ərzində qurduqları və milyardlarla dollar xərclədikləri istehkamların çox güclü Azərbaycan ordusu tərəfindən qısa müddətdə darmadağın edilməsi oldu.

Bunu Trend-ə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

N.Orduxanlı bildirib ki, ermənilər heç zaman inanmırdı ki, adını "Ohanyan istehkamı" qoyduqları istehkam bir neçə günə darmadağın olunar:

“Yüksək səviyyədə hazırlıqlı və qorxmaz, cəsur əsgərlərimizin şücaəti nəticəsində erməni ordusu böyük itkilər verməyə başlayanda Paşinyan bunu məqsədli şəkildə gizlədirdi və mətbuatda yalan məlumatlar yayırdılar. Çünki erməni ordusunun məhv olmasını desəydi, Paşinyan hakimiyyətinə qarşı böyük nifrət yarana bilərdi.

Öz hakmiyyətini qorumaq məqsədi ilə Paşinyan xalqa yalan məlumatlar verirdi. Paşinyan bütün müxalif qüvvələri sıradan çıxardırdı. Keçmiş rəqibi, prezident olmuş Koçaryanı həbsə atdırmışdı, keçmiş nazirləri, generalları həbs etdirmişdi. Bundan başqa, mətbuat nümayəndələrini, QHT sədrlərini həbs etdirmişdi.

Paşınyan müharibə başlamamışdan qabaq öz dikdatrura rejimini qurmuşdu və bu gün də həmin prisinplərlə öz hakimiyyətini qoruyur və idarə edir. Noyabrın 10-da parlamentə hücum edən gənclərin bu gün meyitləri kücələrdən tapılır, həbslər olunur. Bununla o, xalq arasında qorxu yaradır. Ancaq nədənsə adlarını demokratik ölkə qoyanlar, təşkilatlar Paşınyanın bu addımlarına susur. Niyə? Qəddarlıqla öz hakmiyyətini qoruyub saxlayan Paşinyan rejiminə heç bir beynəlxalq təşkilat etiaz etmir. Bu suala həmin dövlətlər cavab verməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti