...

Azərbaycanın Qarabağda ikinci qələbəsi

Siyasət Materials 8 Dekabr 2020 16:05 (UTC +04:00)
Azərbaycanın Qarabağda ikinci qələbəsi

Bakı. Trend:

Azərbaycan təkcə işğal olunmuş əraziləri, şəhərləri, kəndləri, tarixi abidələri, məscidləri qaytarmaqla deyil, həm də Qafqazın azsaylı xristian xalqları üçün tarixi ədaləti bərpa etməklə Ermənistan üzərində qələbə qazandı.

Uzun müddət Qafqaz Albaniyasına məxsus irsi özününküləşdirməyə çalışan Ermənistanın işğalından yüzlərlə kilsə və monastır azad edildi. 19-cu əsrin əvvəllərinədək Qarabağdakı bütün monastırlar Alban apostol avtokefal kilsəsinin nəzarətində idi. Amma Eçmiədzin faktiki olaraq ermənilərin dini mərkəzindən nasional-faşizmin dayağına çevrildi.

Qarabağın işğalı müddətində onlar təkcə xristian kilsələrini ələ keçirib dağıtmırdı, həm də pravoslav və alban dini məbədlərini erməniləşdirirdi.

Azərbaycanda yaşayan udi-albanlar Eçmiədzinin yüzillər boyunca kilsələrini, monastırlarını, kitablarını ələ keçirməyə çalışan xalqlardan biri idi. Amma onlar mənəvi assimilyasiyaya tabe olmadı və əsrlərlə öz evlərində dua etdilər.

Müasir mərhələdə Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra onlar öz doğma kilsə və monastırlarını ziyarət etməkdə sərbəstdir.

Bu günlərdə pravoslav alban-udi xristian icmasının rahibləri təxminən 27 illik erməni işğalından sonra ilk dəfə Kəlbəcər rayonundakı Xudavəng monastırında mərasim keçirdilər. Tarixi ədalət bərpa olundu - artıq ilk pravoslav keşiş, Nic kəndinin sakini rəhbər təyin olundu.

Vətən müharibəsi təkcə işğal olunmuş rayonların və məscidlər uğrunda deyil, həm də monastır və kilsələr uğrunda aparılırdı. Qafqaz Albaniyasının varisi hesab olunan Azərbaycan bütün xristian icmaların doğma kilsə və monastırlara ziyarətini mümkün etdi. Bu da Qarabağda qazanılan ikinci qələbədir.

Elxan Ələsgərov

"Baku Network" Ekspert Şurasının direktoru, fəlsəfə doktoru
Məqalədə:
Xəbər lenti

Xəbər lenti