...

Zəfər paradı dosta güvən, düşmənə göz dağı olacaq bir təqdimatdır

Siyasət Materials 10 Dekabr 2020 14:46 (UTC +04:00)
Zəfər paradı dosta güvən, düşmənə göz dağı olacaq bir təqdimatdır

Bakı. Samir Əli -Trend:

Azərbaycanın möhtəşəm qələbəsinə həsr olunmuş Zəfər paradı tarixi bir məna daşıyır.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev deyib. O bildirib ki, bu parad Azərbaycan tarixinin son 200 ildə olan qələbə zəfəridir: "Azərbaycan son 200 ildə yalnız torpaq itirib. Son iki əsrdə ilk dəfə olaraq itirilmiş torpaqlarımızı azad etmişik. Bununla da biz artıq tarixi ləkəni öz üzərimizdən silmişik. Bu paradın Zəfər paradı olması ilə yanaşı başqa bir spesfik xüsusiyyəti də var. Bu, paradda düşməndən alınmış hərbi texnikaların nümayişidir. Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı düşməndən aldığı hərbi qənimətlərin nümayiş olunması xüsusi vurğulanmalıdır. Bu eyni zamanda dosta güvən və düşmənə göz dağı olacaq bir təqdimatdır".

Ekspert bildrib ki, paradda iştirak edən elementlər, şəxsi heyət, müasir silah və texnikalar, düşməndən əldə edilən qənimətlər Azərbaycan Ordusunun düşməndən nə qədər güclü olduğunu bir daha açıq göstərəcək: "Yüksək texnoloji texnikalar, xüsusi təyinatlı qüvvələrimizin, bir sıra müasir silah sursatların təqdimatı, düşməndən alınan qənimətlərlə müqayisə olunarkən Azərbaycanın gücü bəlli olacaq. Biz bu paradda bir daha Azərbaycan Silahlı Qüvvələrinin gücünə və rəşadətinə şahid olacağıq".

R.İmanquliyev bildirib ki, paradda həmçinin Türkiyə Silahlı Qüvvələri mənsubları da iştirak edəcək: "Bu isə Türkiyənin daim, tarix boyu bizim yanımızda olmasının göstəricisidir. Bunun da bir siyasi və mənəvi mənası var. Ümumilikdə parad Azərbaycan xalqının, Azərbaycan Ordusunun Ali Baş Komandanın ətrafında sıx birləşməsinin nümayişidir. Biz Ali Baş Komandanın rəhbərliyi altında dövlət-ordu birliyi ilə tarixi ləkəni üzərimizdən silməyə nail olduq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti