...

Fransa Azərbaycanın azad edilmiş ərazilərində layihələri reallaşdırmaq üçün maneə görmür - Dövlət katibi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 27 Yanvar 2021 11:43 (UTC +04:00)
Fransa Azərbaycanın azad edilmiş ərazilərində layihələri reallaşdırmaq üçün maneə görmür - Dövlət katibi (ƏLAVƏ OLUNUB)

Bakı. Ceyla Əliyeva, Orxan Nəbiyev - Trend:

Fransa şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində layihələri reallaşdırması üçün heç bir maneə yoxdur.

Trend-in məlumatına görə, bunu Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lemuan brifinq zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda dünyaca məşhur iri Fransa şirkətləri təmsil olunub.

J.-B.Lemuan bildirib ki, onun səfəri yeni layihələrin başlanğıcını və münasibətlərin gələcək inkişafını ifadə edir:

“Səhər mən Fransa dəmiryol şirkətinin deposuna baş çəkdim və gördüyüm işin səviyyəsi məni heyrətə gətirdi”.

O bildirib ki, dəmir yolları xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda əlaqənin bərpası baxımından vacib əhəmiyyət kəsb edir:

“Fransa və Azərbaycan bu istiqamətdə birgə işləmək istəyir”.

Dövlət katibi əlavə edib ki, Fransa ATƏT Minsk qrupunun həmsədri olaraq 9 noyabr sazişinə öz töhfəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti