...

Münhen debatı hər bir azərbaycanlının həmişə böyük qürur hissi ilə xatırlayacağı tarixi zəfərdir - Politoloq

Siyasət Materials 15 Fevral 2021 09:52 (UTC +04:00)
Münhen debatı hər bir azərbaycanlının həmişə böyük qürur hissi ilə xatırlayacağı tarixi zəfərdir - Politoloq

Bakı. Elçin Mehdiyev - Trend;

Münhen debatı hər bir azərbaycanlının həmişə böyük qürur hissi ilə xatırlayacağı tarixi zəfərdir. Bu tədbir debatdan daha çox, dərs idi. Azərbaycan Prezidenti Ermənistanın baş nazirinə tarix, hüquq, əxlaq və siyasət sahələrindən sözün əsl mənasında ustad dərsi keçdi.

Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədli bildirib ki, Prezident İlham Əliyev 10-15 dəqiqəlik çıxışı ilə 100 illik erməni yalanlarını darmadağın etdi: “Cənab Prezidentimiz həm yüksək natiqlik qabiliyyəti və jestləri, həm səlist ingiliscəsi, həm də ayrı-ayrı məsələlərə məntiqi və faktoloji yanaşması ilə bütün dünyaya Azərbaycan xalqının layiqli təqdimatını etdi.

Əvəzində isə Nikol Paşinyan hər cümləsində qeyri-peşəkar və diletant olduğunu göstərməklə əslində sələflərindən heç nə ilə fərqlənmədiyini sübut etmiş oldu”.

Politoloq vurğulayıb ki, Münhen tribunasında Ermənistan-Azərbaycan münaqişənin tarixi, hüquqi və siyasi aspektləri dövlət başçımız tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırıldı:

“Əvəzində isə hər cümləsində bir neçə dəfə yalan və tarixi təhriflərə yol verən Paşinyan Azərbaycan Prezidentinin tutarlı arqumentləri qarşısında acizliyini gizlədə bilmirdi. Dövlət başçımız XX əsrin əvvəllərində regionumuzda cərəyan edən real tarixi hadisələri Paşinyanın gözünün içinə baxaraq dilə gətirdi. Bu, özgüvən və haqq-ədalətin təntənəsi idi.

Münhen həm də tarixi bir prosesin başlanğıc raundu idi. Sonrakı zaman kəsiyində Valday və Bişkekdə bu prosesin məntiqi davamı gəldi. Ermənistan rəhbərliyi bütün siyasi platformalarda rüsvayçı məğlubiyyətlərlə üzləşdi. Nəhayət, siyasət meydanlarında qətiyyətlə səslənən "Qarabağ Azərbaycandır" şüarı 44 günlük Vətən müharibəsində öz real təzahürünü tapdı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti