...

Sizin böyük Zəfərinizdən çox məmnunluq duyuruq - Akif Çağatay Kılıç

Siyasət Materials 9 Mart 2021 20:00 (UTC +04:00)
Sizin böyük Zəfərinizdən çox məmnunluq duyuruq - Akif Çağatay Kılıç

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvləri olaraq, Sizin böyük Zəfərinizdən çox məmnunluq duyuruq.

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç bu gün Prezident İlham Əliyevlə görüşü zamanı deyib.

Komissiya sədri bildirib: "Hörmətli cənab Prezident, əvvəlcə mən də hörmətli Prezidentimizin Sizə salam və sevgilərini çatdırmaq istəyirəm. Həmçinin Məclis sədrimizin də Sizə sevgi, salam və ehtiramları var. Təbii ki, biz Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvləri olaraq, Sizin böyük Zəfərinizdən həm çox məmnunluq duyuruq, həm də bu mənada birlik və bərabərliyimizi bir daha göstərmək üçün Sizi ziyarət etmək istədik. Bizi qəbul etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk.

Cənab Prezident, Türkiyə Böyük Millət Məclisində Sizin bu uğurunuzu, bu liderliyinizi və Siz də dediyiniz kimi, bölgənin tarixində dönüş nöqtəsi olan bu mübarizənizi dəstəkləyən dörd siyasi partiyanın, - bilirsiniz, Türkiyə Böyük Millət Məclisi bu barədə bəyanat qəbul etdi, - təmsilçiləri olaraq buradayıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti