...

YAP-da yeni şöbə yaradılıb

Siyasət Materials 11 Mart 2021 13:58 (UTC +04:00)
YAP-da yeni şöbə yaradılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Yeni Azərbaycan Partiyasında yeni şöbə yaradılıb.

Bu barədə Trend-ə YAP Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

H.Paşayev bildirib ki, YAP-ın VII qurultayında qəbul edilmiş yeni nizamnaməyə əsasən, Qadınlar Şurasının fəaliyyətinə xitam verilib.

Onun sözlərinə görə, qadın siyasəti, qadınlarla iş fəaliyyətini Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında yaradılan Gender siyasəti şöbəsi həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti