...

Küveyt mediasında 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı bəyanat dərc olunub

Siyasət Materials 1 Aprel 2021 15:46 (UTC +04:00)

Bakı. Trend:

Küveytin “Dasmannews.com” elektron media portalında “31 Mart Azərbaycanlıların Soyqırımının ildönümü günü ilə bağlı Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin Bəyanatı” başlıqlı məlumat dərc edilib.

Azərbaycanın Küveyt Dövlətindəki Səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə qeyd edilir ki, “Hər il 31 mart tarixində Azərbaycan Respublikası 1918-ci ildə ermənilər tərəfindən törədilən azərbaycanlıların soyqırımı gününü anır. Xalqımızın üzləşdiyi bu soyqırım Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biridir”.

Hadisənin tarixi və siyasi aspektinə toxunularaq göstərilir ki, “Azərbaycan tarixi son iki əsrdə erməni ultra millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə, soyqırım və təcavüz siyasətindən qaynaqlanan faciələr və qanlı hadisələrlə dolu ağrılı və acılı mərhələlərin şahidi olmuşdur. Bu millətçi siyasətin əsas məqsədi azərbaycanlıların tarixi yurdlarından didərgin salınmsı və ermənilərin iddia etdikləri - "Böyük Ermənistan" dövlətinin qədim Azərbaycan torpaqlarında qurulması idi. Tarixi dəlillər sübut edir ki, çox sayda erməninin İran və Türkiyədən köçürülməsi və Azərbaycanın böyük strateji əhəmiyyətə malik Dağlıq Qarabağ bölgəsinə yerləşmə prosesi XIX əsrin əvvəllərində başlamışdır.

Çar Rusiyasının müstəmləkə siyasətinin ayrılmaz hissəsi olan məskunlaşma və köçürülmə siyasəti XIX əsr boyunca davam etdi və beləliklə bölgənin demoqrafik tərkibində dəyişiklik oldu. Ermənilərin bu bölgəyə yerləşdirilməsi və sayının artması onların iyirminci əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarına ərazi iddialarının və təcavüzkar siyasətlərinin ortaya çıxması ilə nəticələndi.

O dövrdə böyük ölkələrin dəstəyi nəticəsində ermənilər azərbaycanlıları öldürmə, talan, məhv etmə və qorxutma yolu ilə evlərini tərk etməyə məcbur etdilər və deportasiyaya məruz qoydular.

"Daşnaksutyun" partiyasının proqramında göstərilən "Böyük Ermənistan" ideyasını reallaşdırmaq üçün 1905-1906-cı illər ərzində ermənilər dinc Azərbaycan əhalisinə qarşı qırğınlar törədirdilər, onları amansızca öldürürdülər. Bakı, Gəncə, Qarabağ, İrəvan, Naxçıvan, Ordubad, Şərur-Dərələyəz, Tbilisi, Zəngəzur, Qazax şəhər və kəndlərini və digər bölgələri yandırırdılar. Erməni silahlı birləşmələri Şuşa, Zangzur və Cəbrayıl bölgələrində və İrəvan və Gəncə əyalətlərində 200-dən çox azərbaycanlı yaşayış məntəqəsini məhv etdilər və dağıtdılar. Bu da on minlərlə soydaşımızın öz evlərindən didərgin düşməsinə səbəb oldu.

Çarizmin dəstəklədiyi ermənilər Birinci Dünya Müharibəsi illərində azərbaycanlıların məhv edilməsinə yenidən başladılar. Belə ki, Daşnaksütun Partiyası və Erməni Milli Konqresi Rusiyada 1917-ci ilin fevral və oktyabr hadisələrindən sonra fəaliyyətlərini genişləndirdilər. Eyni zamanda, Qafqaz işləri üzrə fövqəladə müvəqqəti komissar Stepan Şaumyan 1917-ci ilin dekabrında azərbaycanlıların kütləvi şəkildə öldürülməsini təşkil etməyə başladı. Erməni silahlı birləşmələri İrəvan əyalətində 197 kəndi, Zəngəzur mahalında 157 kəndi dağıtdılar və yandırdılar.

1918-ci ilin əvvəllərində, yəni Mart qırğınından əvvəl S.Şaumyana bağlı erməni silahlılarının sayı 20.000 nəfərə çatmışdı. Bolşeviklərin himayəsi altında Şaumyan Bakının komissarı oldu. Həmin ilin 30 martında erməni bolşevik silahlı birləşmələri gəmilərdən atılan top güllələri ilə Bakını hədəfə aldılar. Daha sonra Daşnak partiyasının silahlı üzvləri dinc azərbaycanlıların evlərinə hücum edərək onları amansızcasına qətlə yetirdilər. 31 mart və aprel ayının ilk günlərində silahlı bolşevik erməni birləşmələri təkcə Bakıda 30 min dinc sakini öldürmüşdülər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılır və amansızca qətlə yetirilirdilər”.

Eyni vəhşiliklər, dağıntılar, qətllər Bakı və Abşeron ərazisi ilə yanaşı indiki Ermənistan ərazisində, Zəngəzur, Naxçıvan, Qarabağ bölgələrində, İrəvan, Lənkəran, Quba, Şuşa, Şamaxı, Kürdəmir, Şərur, Ordubad, Qars şəhərlərində də həyata keçirildi. 2007-ci ildə Qubada kütləvi məzarlığın tapılması ermənilərin vəhşiliyini sübut edən dəlillərdən biridir.

O dövrdə Azərbaycan Demokratik Respublikası hökuməti ermənilərin törətdikləri böyük cinayətləri araşdırmaq üçün xüsusi bir istintaq komitəsi yaratdı. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu işlər tamamlana bilmədi. Yalnız 80 ildən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qərarı ilə 26 Mart 1998-ci il tarixində hadisələrə siyasi və hüquqi qiymət verildi və 31 Mart tarixi "Azərbaycanlıların soyqırımı günü” elan edildi.

1905 - 1907 - 1918 - 1920 - 1948-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə kampaniyaları sistemli şəkildə davam edib. Bu siyasət 1989-1993-cü illər arasında Ermənistanın Azərbaycana hərbi təcavüz etməsi və bütün Qarabağ bölgəsini özünə tabe etməsi ilə özünün pik həddinə çatdı.

1989 - 1993-cü illər arasında Erməni təcavüzkarları müdafiəsiz Azərbaycan vətəndaşlarına qarşı etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirdilər və sakinləri boşaldılmış şəhərləri dağıtdılar, bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Onlar bu illər ərzində ağır həyat şəraitində yaşadılar.

Erməni təcavüzkarları işğal etdikləri Azərbaycan torpaqlarında məscidləri və digər tarixi-mədəni abidələri dağıtdılar və təhqir etdilər.

Ermənilər həmişə pis niyyətli və uydurma təbliğat apararaq dünya ictimaiyyətini aldatmağa çalışırlar və Azərbaycanı ermənilərə qarşı düşmən siyasət yürüdən bir ölkə və ermənilərin isə yazıq məzlum xalq olduğunu göstərməyə çalışırlar. Amma həqiqət budur ki, ermənilərin özləri 100 ildən çoxdur ki, Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirirlər. Azərbaycan hökuməti və xalqı hər il “31 Mart - soyqırım günü”nü xatırlayır və beynəlxalq ictimaiyyəti ermənilərin qan tökməsini pisləməyə çağırır.

Bundan əlavə bildirmək istərdik ki, Azərbaycandakı dini icmaların liderlərinin “31 mart soyqırımı münasibətilə beynəlxalq ictimaiyyətə müraciəti” “Q8-press.com” saytında dərc edilib.

- https://dasmannews.com/2021/03/31/%d8%a8%d9%8a%d8%a7%d9%86-%d8%b3%d9%81%d8%a7%d8%b1%d8%a9-%d8%ac%d9%85%d9%87%d9%88%d8%b1%d9%8a%d8%a9-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d9%81%d9%8a-%d8%af%d9%88%d9%84%d8%a9-%d8%a7%d9%84/

- https://www.q8-press.com/%d8%b2%d8%b9%d9%85%d8%a7%d8%a1-%d8%a7%d9%84%d8%b7%d9%88%d8%a7%d8%a6%d9%81-%d8%a7%d9%84%d8%af%d9%8a%d9%86%d9%8a%d8%a9-%d9%81%d9%8a-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d9%8a%d9%86%d8%a7/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti