Dövlət başçısının Hacıqabula səfəri regionların inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir - Tamam Cəfərova

Dövlət başçısının Hacıqabula səfəri regionların inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir - Tamam Cəfərova

Bakı. Trend:

Aprel ayının 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Hacıqabul rayonuna səfər edib. Dövlət başçısının bu səfəri ölkəmizdə uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişaf strategiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident Hacıqabul rayonuna səfər çərçivəsində Azərbaycan televiziyasına müsahibəsində bir çox önəmli məqamlara toxunub. Belə ki, ölkə başçısı Hacıqabul rayonunda gerçəkləşdirilmiş infrasturktur layihələri, kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən tutmuş, işğaldan azad olunan əraizlərdə həyata keçirilən infrastruktur layihələri, xüsusilə yol infrastrukturu haqqında, həmçinin, Zəngilan rayonunda planlaşdırılan “Ağıllı kənd” layihəsi haqqında görüləcək işlərdən söz açıb. Cənab Prezidentin müsahibəsində qeyd etdiyi önəmli məqamlardan biri də Zəngəzur dəhlizinin yaradılması məsələsi ilə yanaşı, erməni faşizminin törətdiyi vəhşiliklər barədə olub.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, COVİD-19 pandemiyasının bütün dünyada yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda regionların sosial-iqtisadi inkişaf staregiyası uğurla davam etdirilir. Pandemiya şəraitində ölkə başçısının regionlara vaxtaşırı səfər etməsi, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edən layihələrin icrasını şəxsən nəzarətdə saxlaması cənab Prezidentin Azərbaycan xalqına göstərdiyi diqqət və qayğının növbəti dəfə təzahürüdür. Şübhəsiz ki, regionlarda həyata keçirilən sosial-iqtisadi layihələr Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsinə, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılmasına, işsizlik probleminin həllinə, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

T.Cəfərova qeyd edib ki, cənab Prezident jurnalistin işğaldan azad olunan ərazilərdə görülən işlərlə əlaqadər sualına cavabında Ermənistanın törətdiyi növbəti hərbi cinayət barədə fikirlərini bölüşüb. Ölkə başçısı qeyd edib ki, “İndiki mərhələdə orada müxtəlif istiqamətlər üzrə işlər görülür, minalardan təmizləmə prosesi gedir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir”. Əlbəttə ki, Ermənistanın növbəti cinayətinə aidiyyatı qurumlar, beynəlxalq təşkilatlar səssiz qalmamalıdır. 30 ilə yaxın münaqişənin dondurulmasına çalışan qurumlar, heç olmasa post-konflikt dönəmində ədalətli mövqe ortaya qoymalıdır. Məhz, bu xəritələrin verilməməsi nəticəsində 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub.

Bütün bunlara baxmayaraq, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə əsas infrastruktur layihələrinə start verib. Həmin ərazilərin elektrik təchizatı və xüsusilə yol infrastrukturunun yaradılması ilə əlaqədar işlər sürətlə davam edir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yolun Zəngəzur dəhlizinə gəlib çatacağı nəzərdə tutulur. Türk dünyasını birləşdirəcək olan Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın tarixi missiyasıdır. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

T.Cəfərova vurğulayıb ki, müharibə başa çatandan dərhal sonra Azərbaycan bütün istiqamətlərdə işlərə başlayıb. Nəzərə alsaq ki, həmin torpaqların ərazisi 4 Lüksemburqa bərabərdir. Müqayisə aparmaqla, həmin əraziləri təsəvvür etmək mümkündür. Nəzərə almaq lazımdır ki, 4 Lüksemburq boyda ərazini Azərbaycan yenidən inşa etməlidir, çünki, mənfur düşmən bütün infrastrukturu məhv edib, dağıdıb. İndi bütün dünya erməni faşizminin hansı vəhşilikləri törətməyə qadir olduğunu öz gözləri ilə görüb. Azərbaycan bu müharibədə öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də erməni faşizmini məhv edib. Cənab Prezidentin sözləri ilə desək , “Bu, bizim tarixi missiyamızdır - təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur”.

Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Azərbaycan imkan verə bilməz ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Azərbaycan əgər mümkün olan hər hansı bir təhdidi təsbit etsə, dərhal onu məhv etməyə qadirdir. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir.

Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Cəlilabadda əməliyyat, 3 kiloqram narkotik aşkarlandı (FOTO)
Cəlilabadda əməliyyat, 3 kiloqram narkotik aşkarlandı (FOTO)
Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb
Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb
Loading Bars
Xəbər lenti
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib
Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Bu küçə və prospektlərdə sıxlıq var
“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib
XİN nazirlərin görüşünün təfərrüatlarını açıqlayıb
Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır - Deputat
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 514 nəfər koronavirusa yoluxub, 1306 nəfər sağalıb, 15 nəfər vəfat edib
Naxçıvanın postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq - Deputat
Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar (FOTO)
Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlıda istifadə edilir (FOTO)
Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq
Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub (FOTO)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Naxçıvanın müdafiəsi və bu bölgədə hərbi üstünlüyünün möhkəmləndirilməsi istiqamətində də ardıcıl addımlar atılır - Deputat
Daha 11 qazi müalicə üçün Türkiyəyə göndərilib
İranda ötən sutka koronavirusdan 307 nəfər ölüb
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir - Azərbaycan XİN
Mina xəritələri ilə bağlı məsələ Yerevanda müzakirə olunub - Sergey Lavrov
Kommunikasiyaların bərpasında bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınır - Lavrov
Hesab edirik ki, regionda nəqliyyat əlaqəsinin açılmasına böyük diqqət ayırmaq lazımdır - Ceyhun Bayramov
Rusiya üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrupunun işini yüksək qiymətləndirir - Lavrov
Qarabağda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır - Sergey Lavrov
Yol polisi avtomobillərdə katalizator məsələsinə aydınlıq gətirdi (FOTO)
"Sputnik V" vaksininin ikinci partiyası Azərbaycana mayın sonunda gətiriləcək - Lavrov
Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır - Nazir
Azərbaycan və Rusiya XİN arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Kazanda törədilmiş hadisə ilə bağlı Rusiyaya başsağlığı verib
Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX
Ceyhun Bayramov və Sergey Lavrovun mətbuat konfransı keçirilib (FOTO/VİDEO)
Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər (FOTO)
Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb
Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Prezident İlham Əliyev: Azərbaycan dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İranda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb
UNEC tələbələri Selcuk Bayraktarın “TEXNOFEST” yarışının növbəti mərhələsində
Kazanda məktəbə hücum zamanı 9 nəfər həlak olub (VİDEO) (ƏLAVƏ OLUNUB)
Sabah Bakıda 22, rayonlarda 27 dərəcəyədək isti olacaq
Sergey Lavrov Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Prezident Naxçıvanın nəyin bahasına olsa da blokadadan çıxışına qəti inam nümayiş etdirdi - Budəfəki səfərin fərqli məzmunu
Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Ceyhun Bayramovun Sergey Lavrovla təkbətək görüşü keçirilib
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
İran koronavirus əleyhinə vaksinin kütləvi istehsalına başlayıb
Bakı Qarabağın bütün mədəni irsinin qiymətləndirilməsi üzrə missiyanı alqışlayır
Azərbaycan nefti ucuzlaşıb
Cəlilabadda əməliyyat, 3 kiloqram narkotik aşkarlandı (FOTO)
Mina terrorunun daha bir qurbanı: Bu ərazilərə icazəsiz getməyin! - Trend TV-nin REPORTAJI
Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb
Türkiyədən Azərbaycana sement ixracı artıb
Abşeron rayonunda "Renault" yanıb
Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır - Siyasi şərhçi
ABŞ-da yeniyetmələr üçün BioNTech - Pfizer peyvəndinin istifadəsi təsdiqlənib
İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb
Yaponiyada kimyəvi zavodda partlayış olub
Türkiyədə son sutkada koronavirusdan 26 953 nəfər sağalıb
İsrail Qəzza zolağının bəzi şəhərlərinə raket zərbələri endirir
Argentinada koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma halları aşkar edilib
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir
Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik
Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Kürdəmirdə "Mercedes" yanıb
Ermənistan parlamenti ikinci dəfə baş naziri seçə bilməyib
Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanın var olması Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Ermənilərin növbəti feyk xəbəri ifşa edildi (FOTO)
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda anım tədbiri keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər (FOTO)
Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib (FOTO)
Bu gün Qubada “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub (FOTO)
Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Quba rayonuna səfər edib
Ulu Öndərin anadan olmasının növbəti ildönümü günündə azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
MÜSİAD Azərbaycan idarə heyəti Qubada Heydər Əliyev mərkəzini ziyərət ediblər (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistanın dəmir yollarına sahibdir, bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi müdrikliyi ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq
Krasnoyarskın "TBK" telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər
Prezident İlham Əliyev: Bu səfərin çox böyük rəmzi mənası var
Prezident İlham Əliyevdən Ermənistandakı revanşistlərə xəbərdarlıq: Odla oynamasınlar
Prezident İlham Əliyev Kanada və Fransa XİN-nin bəyanatını kəskin tənqid etdi: Gedin, öz işlərinizlə məşğul olun
Prezident İlham Əliyev: Naxçıvan ordusunda olan hərbi texnika bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür
Prezident İlham Əliyev: Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur
Samsung sizi Bespoke Home yeni məişət texnikasının təqdimatına dəvət edir
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər (FOTO)
Bütün xəbərlər