...

Qarabağda atəşkəs barədə saziş imzalandıqdan sonra irəli addımlamaq vaxtıdır - İnsan haqları müvəkkili

Siyasət Materials 21 Aprel 2021 20:03 (UTC +04:00)
Qarabağda atəşkəs barədə saziş imzalandıqdan sonra irəli addımlamaq vaxtıdır - 
İnsan haqları müvəkkili

Bakı. Ceyla Əliyeva - Trend:

Qarabağda atəşkəs barədə saziş imzalandıqdan sonra irəli addımlamaq vaxtıdır.

Trend-in məlumatına görə, Avropa Şurası İnsan Hüquqları üzrə Komissarı Dunja Miyatoviç bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının 13-cü iclası zamanı deyib.

O, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanmasından əvvəl və sonrakı vəziyyəti yaxından izlədiyini qeyd edib.

"Yalnız deyə bilərəm ki, faydalı olmaq üçün hər zaman komandamla birlikdə oraya - azad edilmiş Azərbaycan torpaqlarına - getməyə hazıram. Mənim ofisimin postmünaqişə rayonları ilə bağlı təcrübəsi var" - deyə, o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti