Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL

Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL

Bakı. Alpər Ziya - Trend:

Prezident İlham Əliyevin hər hansı bir bölgəyə səfəri həmin yerin inkişafına və bölgənin gələcək perspektivləri ilə bağlı əlavə qapıların açılmasına xidmət edir. Dövlət başçısının belə səfərlərindən biri də mayın 10-da Naxçıvan Muxtar Respublikasına reallaşdı. Hər dəfə olduğu kimi, Prezident İlham Əliyev bu dəfə də bir çox mühüm açılışlarda iştirak etdi.

Dövlət başçısı ilk olaraq Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak elədi, daha sonra Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışını etdi. Bu da təsadüfi deyildi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi aerodromu və digər infrastrukturlar Zəngəzur dəhlizinin o biri başında hərbi-iqtisadi cəhətdən çox güclü bir qüvvənin dayandığını göstərdi. Prezident İlham Əliyev bu açılışla Zəngəzur dəhlizinin hər iki ucunda iki böyük qüvvənin olduğunu misilsiz ustalıqla nümayiş etdirdi.

Ali Baş Komandan burada Vətən müharibəsi şəhidlərinin məzarlarını da ziyarət etdi. Bilirsiniz ki, Vətən müharibəsi başlayan kimi Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atılıblar, şəhidlər veriblər. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları zəfər yolunu Şuşada tamamlayaraq “dəmir yumruğ”un parlaq qələbəsinin təmin edilməsində müstəsna qəhrəmanlıq göstəriblər. Bu, Vətəni sevmək nümunəsi idi, məhz bu sevgi bütün maneələri qəhrəmanlıqla dəf etdi. Ordumuzun igidliyi sayəsində Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq Qələbəsinə çevrildi və bu savaşda biz bir xalq olaraq birləşdik, bizim igid övladlarımız vahid milli ideya uğrunda canlarından keçdi. Xalqımız şəhidlər versə də ruhdan düşmədi, böyük Qələbənin timsalında həmrəyliyimiz, Vətən eşqimiz qalib gəldi.

Səfər çərçivəsində dövlət başçısı Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə də tanış oldu. Bu arada qeyd edək ki, hazırda ölkədə 20 “ASAN xidmət” Mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, digərləri isə regionlardadır.

Prezident İlham Əliyev, həmçinin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Süni Mayalanma Mərkəzinin, Culfa-Ordubad magistral avtomobil yolunun və “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışını etdi, eyni zamanda Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış oldu.

Dövlətimizin başçısının səfər çərçivəsində Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olması da təsadüfi deyildi. Ona görə də bu məsələnin üzərindəbir qədər dayanmaq istərdik. Bilirsiniz ki, Azərbaycan Prezidenti mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı həmin müsahibədə bəzi beynəlxalq ünvanlara münaqişənin artıq həll edildiyi barədə daha qəti mesajlarını verdi. İlham Əliyev Naxçıvanda 10 noyabr sənədinin ilk dəfə olaraq yeni strateji keyfiyyətini açdı. 10 noyabr sənədinin tək barışıq yox, daha geniş mənada münaqişənin həll sənədi olduğu bir daha bəyan edildi. Prezidentimiz Naxçıvanın blokadadan çıxışına nəyin bahasına olsa da nail olunacağını ciddi inamla nümayiş etdirdi. Xüsusilə də Naxçıvanın inkişaf və güc göstəricilərinin qabardılması təsadüfi xarakter daşımır.

Naxçıvanın böyük iqtisadi-sosial inkişafı, Ordubada qədərki avtomobil və dəmir yolunun yüksək vəziyyətdə olması barədə Prezidentin bəyanatları Zəngəzur dəhlizi ilə bağlı heç bir güzəştin olmayacağını göstərir. Bütün dünyaya nümayiş etdirildi ki, Horadizdən Ağbəndə, Mehridən Naxçıvana qədərki Zəngəzur dəhlizinin iki mühüm hissəsi artıq hazırlanıb və bunu Azərbaycan Prezidenti hazırlayıb. Dəhlizin işləməsi üçün qalan cəmi 40 kilometrlik hissənin hazırlanması birmənalı olaraq Ermənistanın məsuliyyətinə daxildir.
Heç şübhəsiz ki, Prezident Naxçıvana bu gedişi ilə Zəngəzur dəhlizinin Naxçıvanın inkişafında yeni mərhələ açacağını göstərmiş oldu.

Dövlət başçısının səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsindən bir parçaya diqqət edək: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır.

Bildiyiniz kimi, 10 noyabr tarixli birgə Bəyanatda bu, təsbit edilib. Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır”.

Azərbaycan Prezidenti Ermənistan ərazisində olan hissənin taleyinə də aydınlıq gətirdi. Bildirdi ki, Ermənistanda dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur: “Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın”.

Göründüyü kimi, Zəngilan dəhlizinin tezliklə istifadəyə verilməsi istiqamətində Azərbaycan üzərinə düşən bütün işləri layiqincə həyata keçirir. Xoşbəxtlikdən Ermənistanın dəmir yollarına hakim olan Rusiya da bu məsələdə Azərbaycanla həmfikirdir. Ona görə də əminliklə söyləyə bilərik ki, Zəngəzur dəhlizi, digər adı ilə Naxçıvan dəhlizi çox yaxında istifadəyə veriləcək. Beləliklə, bu dəhliz Ermənistanın özü də daxil olmaqla bölgənin iqtisadi inkişafına yeni təkan verəcək.

Belkəliklə, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının timsalında bölgələrə səfəri regionların, ümumilikdə cəmiyyət həyatının yeniləşməsi və müasirləşməsi, müxtəlif sahələrin inkişafı, əhalinin rifah halının yüksəlişi kimi ali məramlara xidmət edir. Bütün bunlar isə əminlik yaradır ki, Azərbaycan sürətli inkişaf tempini bundan sonra da qoruyub saxlayacaq.

Vaksinləşmə prosesində aktiv iştirak etməliyik ki, normal həyata qayıda bilək - Deputat
Vaksinləşmə prosesində aktiv iştirak etməliyik ki, normal həyata qayıda bilək - Deputat
MDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın materialları dərc olunub (FOTO)
MDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın materialları dərc olunub (FOTO)
ƏƏSMN-də daimi dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib (FOTO)
ƏƏSMN-də daimi dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib (FOTO)
Loading Bars
Xəbər lenti
Braziliyada rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb
Vaksinasiya Britaniyada 14 min ölüm halının qarşısını almağa imkan verib
ABŞ Braziliyaya 3 milyon doza peyvənd göndərəcək
Fransada koronavirusla əlaqədar xəstəxanada müalicə alan vəətəndaşların sayı 10 mindən aşağı düşüb
ABŞ daha 5 Çin şirkətini "qara siyahı"ya əlavə edib
"Avro-2020": Pley-off mərhələsinə çıxan bütün komandalar bəlli oldu
Vaşinqtonda piyada körpüsü çöküb
Almaniyada bir həftə ərzində Delta ştammına yoluxma halı iki dəfə artıb
ABŞ nümayəndə heyəti Kabil hava limanının təhlükəsizliyini müzakirə etmək üçün Türkiyəyə yollanacaq
Afrikada koronavirusa yoluxanların sayı 5,25 milyonu ötüb
Mərkəzi Afrika Republikasında hökumətin yeni tərkibi elan edilib
"Avro-2020": İsveç və İspaniya pley-off mərhələsində
Rusiyada 16 milyon nəfər koronavirusa qarşı tam peyvənd olunub
Britaniyada ötən sutka koronavirusa 16 mindən çox yoluxma qeydə alınıb
Vaksinləşmə prosesində aktiv iştirak etməliyik ki, normal həyata qayıda bilək - Deputat
MDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın materialları dərc olunub (FOTO)
“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir (FOTO/VİDEO)
Gəncədə yabanı halda bitən çətənə kolları məhv edilib (FOTO)
Belçikanın “VRT” telekanalının saytında işğaldan azad olunmuş Ağdam haqqında reportaj yayımlanıb (FOTO/VİDEO)
HDQ-nin taktiki təlimləri başa çatıb (FOTO/VİDEO)
İranda jurnalistləri daşıyan avtobus aşıb: 2 nəfər ölüb, 21 nəfər yaralanıb (FOTO)
Milli Məclisin növbədənkənar iclasının gündəliyinə 12 məsələ daxil edilib
S7 Airlines aviaşirkəti Voronejdən Azərbaycana ilk uçuşunu ləğv edib
Azərbaycanın “Şimal-Cənub” dəhlizindəki rolu müzakirə olunub
Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimi keçirilir (FOTO)
Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib
Xəzərdə qanunsuz nərə balığı ovlayanlar həbs edildi
Fazil Ağalarova “general-leytenant” ali hərbi rütbəsi verilib
İlyas Rzayevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verildi
Rafiq Ramazanova “general-mayor” ali hərbi rütbəsi verilib
ƏƏSMN-də daimi dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib (FOTO)
"Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılıb
Qərbdə ətraf mühitlə bağlı neft-qaz şirkətlərinə olan təzyiqlər qiymətləri qaldırır - Brenda Şaffer
UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib (FOTO)
"Real-Trend" layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
MDU və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə növbəti seminar keçirilib (FOTO)
Hazırda Bakıda toz hissəciklərinin konsentrasiyası normadan 5.1 dəfə yüksəkdir
“PAŞA Bank” və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə konfrans keçirilib
NATO Quru Qoşunları Komandanlığının nümayəndə heyəti Hərbi Akademiyada olub (FOTO)
Mətbuat Şurasında Vətən Müharibəsində iştirak etmiş jurnalistlərlə görüş olub (FOTO)
“Mədəniyyət naminə sülh” kampaniyası ilə bağlı UNESCO-ya müraciət ünvanlanıb
Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqı müəyyənləşib
Odlar Yurdu Universitetində “Şuşa bəyannaməsi – qardaşlıq və dostluğun zirvəsi” adlı konfrans keçirilib
İyunun 24-nə USD/AZN rəsmi məzənnəsi
Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et!
AHİK isti hava şəraitində işçilərin işə cəlb edilməsi ilə bağlı məlumat yayıb
"Mədəniyyət naminə sülh” kampaniyasının məqsədi işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyəti dünyaya çatdırmaqdır - Anar Kərimov
Azərbaycan Buxarada keçirilən beynəlxalq forumda təmsil olunur (FOTO)
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşüb
MEDİA Agentliyi və ADA Universitetinin jurnalistlər üçün təşkil etdiyi seminarlar və yeni informasiya strategiyası - “Əsas məsələ”də MÜZAKİRƏ
Hacıqabulun iki kəndinin su problemi həll edilib (FOTO)
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olundu
Azad edilmiş ərazilərimizdə daha bir modul tipli hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 84 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub
Rusiyanın S7 Hava Yolları Voronej-Bakı marşrutu ilə uçuşlara başlayacaq
Azərbaycanlı jurnalistlər üçün Türkiyənin Antalya şəhərinə mediatur təşkil edilib (FOTO)
Azərbaycanda abituriyentlər əsasən hansı ixtisasları seçib?
FHN taxıl sahələrində yanğın təhlükəsizliyinə qarşı tədbirlərə başladı (FOTO)
Ötən il ümumtəhsil müəssisələrini bitirən məzunların sayı açıqlanıb
Azərbaycan və BƏƏ arasında kosmik sahədə əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Azərbaycan ali təhsil müəssisələrində ən çox yer I qrupa ayrılır
Azərbaycanda abituriyentlər ən çox bu qrupu seçib
Baş Prokurorluqda konfrans keçirilib (FOTO)
Ağdama səfərim zamanı siyasi və peşəkar həyatımda heç vaxt görmədiklərimin şahidi oldum - Migel Anxel Moratinos
Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb
Azərbaycan nümayəndə heyəti “MİLEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində
Sarayda 7 küçə asfaltlanıb (FOTO)
20 iranlı məhbus Azərbaycandan ekstradisiya olunub
Dövlət Məşğulluq Agentliyi vətəndaşın şikayətinə aydınlıq gətirdi (VİDEO)
AYIB ilə gələcək əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub
23 iyun – Dövlət qulluqçularının peşə bayramı günüdür (FOTO)
Meksika səfiri “Azərsun Holdinq”in sədri ilə görüşüb
Prezident İlham Əliyev: Bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik
Azərbaycan Prezidenti: Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var
Prezident İlham Əliyev: Mən müharibədən sonra ilk dəfə Ağdama səfər edəndə şəhərin yenidən qurulması ilə bağlı qətiyyət hissi keçirirdim
Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir - Rauf Əliyev
Geri qayıtmaq hüququmuzdan istifadə edə bilmirik - Tural Gəncəliyev (VİDEO)
İranda ötən sutka koronavirusdan 112 nəfər ölüb
Emin Əmrullayev Bakı Ali Neft Məktəbində (FOTO)
Bizə bir gündə Ağdamdan 35 "Kamaz" mişar daşı sökdürüb daşıtdırıblar - Erməni əsirliyində olan şəxs
Ermənilər əsir düşən azərbaycanlını diri-diri yandırdılar - Keçmiş əsir
Menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarların nəzərinə!
“AccessBank” Sahibkarlığın İnkişafı Fonduyla birgə sahibkarlara dəstək olmaqda davam edir
Gözlərim döyülməkdən tutulmuşdu - Keçmiş əsir
İşğaldan azad olunmuş ərazilərdə yeni su kanallarının tikintisi nəzərdən keçirilir
Mkrtiçyan mənə elə işgəncələr verib ki, hələ də unuda bilmirəm - Keçmiş əsir
Ermənistanda yeni hökumət formalaşdıqdan sonra üçtərəfli işçi qrupunun fəaliyyəti davam etdiriləcək - Şahin Mustafayev
Azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəmə prosesi iyunun 30-da davam edəcək (FOTO) (ƏLAVƏ OLUNUB)
Mərdəkandakı yanğın söndürülüb
Azərbaycanda pandemiya səbəbindən sahibkarlara 50 milyon manata yaxın subsidiya ödənilib
Ermənistandakı siyasi gərginlik 10 noyabr razılaşmasına əngəl ola bilməz
Sabah 42 dərəcə isti olacaq - Güclü temperatur diskomfortu gözlənilir
Qarabağda 13 hidroloji stansiyanın quraşdırılması nəzərdə tutulur - Baş nazirin müavini
Mərdəkan şosesində yanğın: Yolda sürət həddi endirildi (FOTO)
Ağdam rayonunun Salahlı Kəngərli kəndi (VİDEO)
Bir qrup dövlət qulluqçusu təltif edilib (SİYAHI)
Azad edilən ərazilərdə 2 milyard kubmetr su ehtiyatları var - Şahin Mustafayev
Bütün xəbərlər