...

Beynəlxalq blogerlər azad olunmuş torpaqlara səfər edəcəklər (FOTO/VİDEO)

Siyasət Materials 29 May 2021 11:45 (UTC +04:00)
Beynəlxalq blogerlər azad olunmuş torpaqlara səfər edəcəklər (FOTO/VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Show me Azerbaijan"layihəsi çərçivəsində ölkəmizə gələn beynəlxalq blogerlər işğaldan azad olunmuş torpaqlara səfər edərək orada Ermənistanın törətdiyi cinayətlərlə tanış olub, gördüklərini bütün dünya ictimaiyyətinə çatdıracaqlar.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) Avrasiya Regional Mərkəzinin (ARM) baş direktoru Elməddin Mehdiyev deyib. Onun sözlərinə görə, Azərbaycana 8 ölkdədən 12 xarici bloger gəlib:

""Show me Azerbaijan" (Azərbaycanı mənə göstər) beynəlxalq blogerlər layihəsi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilir. Layihə ötən gün 28 may tarixində Bakı şəhərindən həyata keçirilməyə başlayıb.

Qonaqlar paytaxt Bakını gəzərək Azərbaycanın zəngin maddi tarixi irsi ilə tanış olublar. Bu gündən isə bölgələrə səyahət başlanılıb. Proqram çərçivəsində, ümumilikdə bir həftə ərzində Azərbaycanın müxtəlif bölgələrində qonaqlar ölkənin zəngin mədəni irsi ilə tanış olacaqlar. Bundan əlavə ölkəmizə gələcək şəxslər azad olunmuş torpaqlara da səfər edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti