...

Şərəfli xidmət, əvəzsiz qürur, yüksək dövlət qayğısı – Qarabağ Qazisi döyüş yolundan fəxrlə danışır (FOTO/VİDEO)

Siyasət Materials 5 İyun 2021 10:42 (UTC +04:00)
Şərəfli xidmət, əvəzsiz qürur, yüksək dövlət qayğısı – Qarabağ Qazisi döyüş yolundan fəxrlə danışır (FOTO/VİDEO)

Bakı. Trend:

44 günlük Vətən Müharibəsinin iştirakçısı, 1-ci qrup əlil İntiqam Əkbərov ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərə istehkamçı-minaaxtaran kimi qatılıb.

İntiqam Əkbərov müharibə zamanı ordumuzun şəxsi heyətinin irəliləməsi üçün minatəmizləmə prosesində iştirak edib. Ermənistanın hərbi kapitulyasiyasından sonra Zəngilan rayonunda mina axtarakən düşmənin basdırdığı minaya düşərək ağır yaralanıb. Eyni anda iki minaya düşdüyündən həm ayağını, həm qolunu itirib. Qəlpələr onun gözlərinə də xəsarət yetirib. Döyüşlərdə göstərdiyi xüsusi qəhrəmanlıqlara görə Vətən Uğrunda, Şuşanın, Zənginalının və Suqovuşanın azad edilməsi uğrunda medalları ilə təltif edilib.

Trend-in çəkiliş qrupu İntiqam Əkbərova baş çəkib, onun keçdiyi şərəfli döyüş yolu, müalicə-reablitasiya prosesi, göstərilən dövlət qayğısı ilə maraqlanıb. Qazi bildirib ki, yaralandığı ilk gündən həkimlərin, daha sonra isə dövlət qurumlarının yüksək diqqət və qayğısını hiss edib. İ.Əkbərov müasir əlil arabası, ən son texnologiya ilə hazırlanmış ayaq və əl protezləri ilə təmin edilib.

Eyni zamanda Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda davamlı müalicə prosesləri keçib. Qazinin sosial təminatı da diqqətdə saxlanılır, təqaüd, sosial müavinat alır, yaxın günlərdə hərbçi kimi pensya da verilməyə başlanılacaq. Müharibə əlili ona göstərilən dövlət qayğısını yüksək qiymətləndirir və məmnunluğunu ifadə edir.

Qazinin keçdiyi maraqlı döyüş yolunu əks etdirən geniş videomaterealı təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti