...

Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq - Ərdoğan

Siyasət Materials 15 İyun 2021 17:35 (UTC +04:00)
Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq - Ərdoğan

Bakı. Trend:

Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatı zamanı söyləyib.

"Müdafiə sənayesi sahəsində də münasibətlərimizi daha da möhkəmləndiririk. Burada pilotsuz uçuş aparatları çox ciddi işlər gördü. Azərbaycan bu sahədə istehsal mərkəzi olmaq imkanı qazanacaq. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü bizim gücümüzdür" - deyə, Ərdoğan əlavə edib.

Xəbər lenti

Xəbər lenti