...

Bayden əfqan liderlərini birliyə çağıracaq

Siyasət Materials 25 İyun 2021 08:37 (UTC +04:00)
Bayden əfqan liderlərini birliyə çağıracaq

Bakı. Trend:

ABŞ prezidenti Cozef Bayden Vaşinqtonda keçirilməsi gözlənilən danışıqlar zamanı Əfqanıstan prezidenti Əşrəf Qani və Milli barışma ali şurasının rəhbəri Abdullah Abdullahı Kabulun üzləşdiyi çətinliklər qarşısında birliyə çağıracaq.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer bildirib.

"Prezident birliyin, həmkarlığın və Əfqanıstan hökumətinin ölkənin üzləşdiyi əsas problemlər üzərində diqqətin cəmləşdirilməsinin vacibliyini vurğulayacaq", - Ağ Ev rəsmisi deyib.

Bundan əlavə, K.Jan-Pyer ABŞ-ın Əfqanıstana "Johnson & Johnson" istehsalı olan 3 milyon doza koronavirusa qarşı peyvəndin veriləcəyi barədə məlumatı təsdiqləyib. Amerikan liderinin nümayəndəsi bildirib ki, dərmanlar gələn həftə Əfqanıstana çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti