...

Çavuşoğlu və Lavrov sabah Antalyada görüşəcək

Siyasət Materials 29 İyun 2021 12:25 (UTC +04:00)
Çavuşoğlu və Lavrov sabah Antalyada görüşəcək

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyə və Rusiyanın xarici işlər naziri Mövlud Çavuşoğlu və Sergey Lavrov iyunun 30-da Antalyada görüşəcək.

Trend-in məlumatına görə, görüş zamanı nazirlər Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna, Əfqanıstan kimi məsələləri, eləcə də iqtisadi münasibətləri müzakirə edəcək.

Bundan başqa, koronavirusa qarşı Rusiyanın "Sputnik V" vaksininin Türkiyədə istifadəsi və istehsalı məsələləri müzakirə mövzusu olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti