...

EastWestStream.com layihəsinin fəaliyyətə başlaması iki ölkənin və MDB-nin uğurudur - TASS Baş direktorunun birinci müavini (VİDEO)

Siyasət Materials 17 İyul 2021 14:27 (UTC +04:00)
EastWestStream.com layihəsinin fəaliyyətə başlaması iki ölkənin və MDB-nin uğurudur - TASS Baş direktorunun birinci müavini (VİDEO)

Bakı. Trend:

TASS Azərbaycanla yaxın münasibətlərini inkişaf etdirir.

Trend-in məlumatına görə, bunu TASS-ın baş direktorunun birinci müavini Mixail Kalmykov Trend və TASS agentliklərinin birgə layihəsi "Eastweststream.com" media-platformasının təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu yeni layihə vasitəsilə Xəzər bölgəsi güclü bir məlumat mənbəyi əldə etmiş olacaq:

"Bu layihənin yaradılması ideyasını Azərbaycan tərəfi təklif etdi və biz qədim tarixə sahib bir agentlik olaraq əməkdaşlıqda yaxından maraqlıyıq".

TASS Baş direktorunun birinci müavini Azərbaycanda media platformalarının sürətlə inkişaf etdiyini və TASS agentliyinin buna hər cür töhfə verməyə hazır olduğunu qeyd edib:

"EastWestStream.com layihəsinin başlanması iki ölkənin və MDB ölkələrinin uğurudur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti