Nəhayət, beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında Ermənistanla bağlı həqiqətlər öz əksini tapır - Vüqar Rəhimzadə

Nəhayət, beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında Ermənistanla bağlı həqiqətlər öz əksini tapır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Bu gün dünyada baş verən hadisələrə diqqət yetirdikdə müxtəlif sualların yaranmasına gətirib çıxaran məqamların şahidi oluruq. İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsinin yaratdığı reallıqlar dünyanın bu günədək hüquq problemi yaşamasını açıq şəkildə ortaya qoydu. Maraqlısı budur ki, dünya güclərinin diktəsi ilə hərəkət edən beynəlxalq təşkilatların hesabatlarında da, nəhayət, əsaslı şəkildə dəyişikliklər baş verməkdədir. Sual olunur: Əgər İkinci Qarabağ müharibəsi baş verməsəydi, dünya gücləri hələ də ədaləti maraqlarının arxasında əritməkdə davam edəcəkdilərmi? Doğrudur, bu gün də həmin güclərin hadisələrə öz maraqları çərçivəsində münasibət bildirdikləri, istədikləri zaman susmaq, istədikləri zaman isə danışıb ədaləti arxa plana keçirdikləri məqamlar diqqətdən kənarda qalmır. Amma görünən odur ki, Azərbaycanın Vətən müharibəsində tarixi Zəfəri, həmçinin dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı andan bu günədək qlobal problemə qarşı birgə mübarizənin zəruri olduğunu bildirərək, bu gün də “peyvənd millətçiliyi”ndən narahatlığını ifadə etməsi dünya siyasətində nəzərəçarpan dəyişikliklərə yol açıb. Nəhayət, dünya gücləri də dərk edirlər ki, ədaləti uzun müddət maraqlara qurban vermək, onun üstündən xətt çəkmək qeyri-mümkündür. Artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasının hansı vəziyyətə gətirib çıxardığını dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar gördülər. Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfəri, həmçinin pandemiyaya qarşı mübarizədə mesajları ilə bir daha dünyaya çatdırdı ki, haqqın, ədalətin yanındadır, bu mübarizəni sonadək aparmaq imkanlarına malikdir.

Bunu Trend-ə açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, daim Ermənistana dəstək verən “Amnesty İnternasional”, “Human Rights Watch”, “Freedom House” kimi hüquq müdafiə təşkilatlarının son iki ildə açıqladıqları hesabatlara diqqət yetirdikdə tamamilə başqa bir mənzərə görünür. Məsələn, “Freedom House” bir qayda olaraq hesabatlarında Dağlıq Qarabağı Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi göstərirdi. Demokratiya və insan hüquqlarının qorunmasına münasibətdə Ermənistanı “azad”, Azərbaycanı isə “qeyri-azad” ölkələr sırasında qeyd edirdi. Azərbaycan bu təşkilatların hesabatlarında daim mətbuat azadlığı boğulan, insan hüquqları kobud şəkildə pozulan ölkə kimi təqdim olunurdu. Adları çəkilən beynəlxalq hüquq müdafiə təşkilatlarının 2019-2021-ci illər hesabatlarında, nəhayət, bu reallıq xüsusi qeyd edilir ki, 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin COVID-19 pandemiyası ilə mübarizə dövrlərində Ermənistanda insan hüquqları qorunmayıb, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində vətəndaşların əsas azadlıqları kobud şəkildə pozulub. Hesabatlarda korrupsiyanın baş alıb getməsi, şəffaflığın olmaması, polis tərəfindən zor tətbiqi və cəzaçəkmə müəssisələrinin vəziyyəti problemli məsələ kimi önə çəkilir. Halbuki, sadalanan bu problemlər Ermənistanda daim yaşanıb. Sadəcə, indi dünya yeni reallıqlar fonunda həqiqətlərə həqiqət gözü ilə baxmaq məcburiyyətindədir.

Demokratik təsisatların inkişafına məsul Avropa Şurası bir qayda olaraq Ermənistanı demokratik cəhətdən zəif, bu dəyərləri kobud şəkildə pozan ölkə kimi dəyərləndirib hər dəfə onun təmsilçilik hüququnun əlindən alınacağı ilə bağlı fikirlər səsləndirsə də, qurumda ermənilərin və ermənipərəst dairələrin səyləri nəticəsində işğalçı dövlət bu günədək bu nüfuzlu beynəlxalq təşkilatda təmsil olunmaqdadır.

Baş redaktor qeyd edib ki, hələ işğalçı dövlətlə işğala məruz qalan dövlət eyni vaxtda Avropa Şurasına qəbul olunan zaman özünü sivil adlandıran dünyanın demokratik dəyərlərə hansı prizmadan yanaşdığı bəlli idi. “Freedom House”un 2021-ci il üçün “Dünya Azadlıq hesabatı”nda Ermənistanın “qismən azad” ölkə kimi təqdim edilməsi bir çox məqamların təqdimatında əhəmiyyətli rol oynayır. Eyni fikirləri “Amnesty İnternasional”, “Human Rights Watch” kimi təşkilatların hesabatları barədə də söyləmək olar. “Amnesty İnternasional” təşkilatı hələ İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə Ermənistana dəstək missiyasını həqiqətlərin təqdimatı ilə əvəzlədi. Belə ki, bu təşkilat Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq çərçivəsində qadağan edilmiş raketlərdən istifadəsini təsdiqləyən hesabatla çıxış etdi.

ABŞ Dövlət Departamentinin qiymətləndirməsinin də diqqətçəkən olduğunu vurğulayan V.Rəhimzadə bildirib: “Dövlət Departamenti hesabatında bildirir ki, Ermənistanda insan hüquqları sahəsində problemlərə işgəncə, azadlıqdan səbəbsiz məhrumetmə, cəzaçəkmə müəssisələrinin pis vəziyyətdə olması, insan alveri, vətəndaşların şəxsi həyatına müdaxilə, müstəqil məhkəmə sisteminin yetərsizliyi, mülki əhaliyə zərər vermək kimi məqamlar daxildir. Halbuki, ABŞ Dövlət Departamentinin hesabatlarında da Azərbaycan hər zaman demokratik inkişaf baxımından zəif ölkə kimi təqdim edilirdi. Qərb və erməni mənbələrindən maliyyələşdirilərək, təlimatlandırılaraq Azərbaycana qarşı aparılan qərəzli qarayaxma kampaniyasının davamlı xarakter daşıması da, adları çəkilən və çəkilməyən beynəlxalq təşkilatların bilərəkdən ölkəmizdə yaratdıqları “5-ci kolon”un formalaşdırılması da onların Azərbaycanda sürətli, davamlı inkişafa qara eynək arxasından baxmaq niyyətlərindən irəli gəlirdi. Nəhayət, gec də olsa, bəzi dairələrin “azad ölkə” adlandırdıqları işğalçı Ermənistanda intensivləşən vətəndaş itaətsizliyini, iqtidarın istefası tələbini görmək istəməyən, mitinq iştirakçılarına qarşı törədilən fiziki, mənəvi təzyiqləri “demokratik prinsiplərə” uyğun hesab edən “Freedom House”, “Amnesty İnternasional”, “Human Rights Watch” kimi beynəlxalq hüquq müdafiə təşkilatlarının, ABŞ Dövlət Deapartamentinin bu gün dünya ölkələrində insan haqlarının vəziyyəti barədə hesabatlarını hazırlayarkən ədalət meyarına müraciət etmələri təqdirəlayiqdir. Bu, bir daha sübut edir ki, ədalət, beynəlxalq hüquq deyilən məfhumlar var, onlarsız hansısa məsələnin həlli mümkünsüzdür. Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri, eyni zamanda, COVID-19 pandemiyasına qarşı mübarizədə atdığı addımlarla bu reallıqları dünyaya diktə edir. Artıq dünyada hesabatlar hazırlayan beynəlxalq hüquq müdafiə təşkilatları “araşdırmaları”nda qeyri-ədalətli yanaşmanı, qeyri-bərabərliyi, riyakarlığı, yalanı, böhtanı demokratik prinsiplər kimi təqdim edə bilmirlər”.

Ağdam sakini bıçaqlanıb
Ağdam sakini bıçaqlanıb
Suraxanıda narkotiklə bağlı 48 nəfər tutulub
Suraxanıda narkotiklə bağlı 48 nəfər tutulub
Şirvanda "patı" satan şəxs saxlanılıb
Şirvanda "patı" satan şəxs saxlanılıb
Loading Bars
Xəbər lenti
Zəngilanın iqtisadi və turizm baxımından böyük potensialı var - ŞƏRH
Türk Dünyası (turkic.world) layihəsi İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunub (FOTO)
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var? - RƏSMİ
DGK sədri "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır - Vüqar Rəhimzadə
Fransa məhkəməsi Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv etdi
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
Ağdam sakini bıçaqlanıb
Şərqşünaslıq İnstitutunun əməkdaşı Liviyada beynəlxalq konfransda çıxış edib (FOTO)
Azərbaycanda bankların cəmi aktivləri 34 milyard manatı ötüb
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib (FOTO)
Suraxanıda narkotiklə bağlı 48 nəfər tutulub
Eldəniz Səlimovun ibtidai istintaqı tamamlanıb, cinayət işi məhkəməyə göndərilib
İsveçdə reper güllələnib
Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib (FOTO)
Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib (FOTO/VİDEO)
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 112 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Moskvada 20-yə yaxın aviareys təxirə salınıb
Oktyabrın 25-nə USD/AZN rəsmi məzənnəsi
Şirvanda "patı" satan şəxs saxlanılıb
Zəngəzur dəhlizi, Moskvada üçtərəfli İşçi Qrupun səkkizinci görüşü - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Şəhid, Vətən Müharibəsi qəhrəmanı polkovnik leytenant Qasımov Ramizin xatirə gecəsi keçirilib
Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub (FOTO)
Peyvənd olunmayan taksi sürücüləri cərimələndi (FOTO/VİDEO)
Emin Hacıyev MDB parlamentarilərinə Qarabağın bərpasından danışdı (FOTO)
Azərbaycan-İran sərhədinin azad olunan hissəsində aşkarlanan minaların sayı açıqlanıb (FOTO)
AzMİU-da koronavirusa qarşı təkrar dezinfeksiya işləri aparılıb (FOTO)
Saatlıda Nərimanov kəndi və məcburi köçkün qəsəbəsinin içməli su təchizatı yenilənib (FOTO)
“İnnovasiyalar Mərkəzi” əməkdaşlarının və startapçıların qazilərlə görüşü təşkil olunub (FOTO)
Havanın temperaturu aşağı enəcək, bəzi rayonlara qar yağacaq
Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görüldü
Dövlət qulluğunda 209 vakansiya üzrə müsahibələrin vaxtı müəyyənləşib
AzMİU-nun kollektivi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib (FOTO)
İstehlaka yararsız qida məhsulları məhv edilib
Türkiyə kəşfiyyatçıları PKK liderini zərərsizləşdirib
İqtisadiyyat naziri 7-ci Dünya İnvestisiya Forumunda çıxış edib (FOTO)
Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
Təhsillə bağlı iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub (FOTO)
Abşeronda minik avtomobili yanıb
Şəhid general Polad Həşimov “Avrasiyaya Hizmət Ödülü”nə layiq görülüb (FOTO)
Xırdalanda iki nəfərin öldüyü kütləvi davanın digər iştirakçılarına da hökm oxundu
Prezident İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik edib
Turistlərin sevimli məkanı İçərişəhərdən FOTOREPORTAJ
Abşeronda şəhidlərə il mərasimi keçirilib (FOTO)
FHN-in Zığdakı hospitalının sabiq baş həkiminin məhkəməsində şahidlər dindirildi
Gəncənin sabiq icra başçısına sui-qəsddə təqsirləndirilən 3 nəfərin cəzası azaldıldı
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlər üçün imtahan keçiriləcək
Azərbaycan Türkiyə ilə minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək - Vüqar Süleymanov
Ölkə üzrə payız ağac əkininə başlanılıb (FOTO)
Ötən ilin noyabrından indiyədək 18 min hektardan çox ərazi təmizlənib - ANAMA sədri
Bakı sakinləri eyvanlarından Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı salamladılar (FOTO)
Dövlət Xidmətinin keçmiş rəisi mənimsədiyi 6 milyon manatı ödəyib
Azərbaycan nümayəndə heyəti Özbəkistanda prezident seçkilərini müşahidə edir
Şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdılar - Şəhid Xudayarın anası
KOBİA Azərbaycanda alternativ enerjinin inkişafına hərtərəfli dəstək göstərməyə hazırdır
Rusiyada koronavirusdan gündəlik ölüm sayında yeni antirekord qeydə alınıb
Bakıda daha bir məktəb distant tədrisə keçib
Cəlilabadda karantini pozan restoran cərimələnib
Avropada enerji qiymətlərinin artması əhalini çıxılmaz vəziyyətə salıb (VİDEO)
Azərbaycanda dövriyyədə 22 milyarddan çox pul var
General-mayor Mustafa Nəsirovun 100 illik yubileyi qeyd edilib
İlahiyyat İnstitutunun dekanı Beynəlxalq Türkologiya Konqresində onlayn iştirak edib (FOTO)
Şəhid Vüsal İsmayılzadənin anım günü keçirilib (FOTO)
Mingəçevir su anbarına balıq körpələri buraxılıb (FOTO)
Ötən ay itkin düşən 69 yaşlı şəxs axtarılır (FOTO)
Naftalanda küçələr təmir edilir (FOTO)
Norm şirkəti “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirak edir (FOTO)
Suraxanı rayonunda 50-yə yaxın narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
"Məişət zorakılığı media müstəvisində" mövzusunda təlim keçirilib
Film çəkilişi zamanı operatoru güllələyən Alek Bolduin sərbəst buraxılıb
Azərbaycanda sentyabrda gündəlik xam neft hasilatının həcmi açıqlanıb
Adaptiv Strateji İdarəetmə Proqramı yeni qrupların təliminə başlayır
Azərbaycanda bank kartlarının sayı artıb
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
Sumqayıtda antisanitar şəraitdə işləyən çörək sexi bağlanıb
Rusiyada barıt zavodundakı partlayışda 16 nəfər ölüb
Yasamalda polis əməkdaşlarına qarşı zor tətbiq edənlər həbs olunub
Könül Nurullayeva Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb (FOTO)
"Feyk nyus" kampaniyalarına qarşı birgə mübarizə aparmalıyıq - Hikmət Hacıyev
2020-ci il Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən bir dövr oldu - Hikmət Hacıyev
Kürdəmirin sabiq icra başçısı 8 il 6 ay azadlıqdan məhrum edildi
Vəkil Rövşən Əkbərova bəraət istədi
Azərbaycan qlobal iqlim dəyişikliyi ilə lazımi şəkildə mübarizə aparır - Britaniya səfiri
Azərbaycanın azad edilmiş ərazilərində yaşıl zonaların yaradılması BMT proqramının tərkib hissəsidir - Nazir müavini
Bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır - RƏSMİ
İndiyə qədər 19 məktəb, 505 sinif distant formaya keçirilib
İnanırıq ki, yaxın gələcəkdə Zəngilan ölkəmizin ən inkişaf etmiş rayonlarından biri olacaq - Səttar Möhbalıyev
Qarabağ müharibəsində beynəlxalq medianın ikiüzlu davranışının şahidi olduq - Türkiyə Prezidenti
Azərbaycanın mineral suyu Avropa bazarlarına ixrac olunacaq (FOTO)
Azərbaycanla Britaniya arasında enerji əməkdaşlığı müzakirə edilib
Qələbədən sonra Azərbaycanın qarşısındakı əsas məqsəd Qarabağın yenidən qurulması və bərpasıdır - Hikmət Hacıyev
Badamdarda sürüşmənin qarşısını almaq üçün görülən tədbirlər açıqlandı (FOTO)
Yol polisi “saxla” əmrinə tabe olmayan sürücülərə xəbərdarlıq edib
Bakıda skuterlər üçün icarə məntəqələrinin qoyulması, yeni yol çəkilişi planlaşdırılır (ÖZƏL)
Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələrinin icra vəziyyəti açıqlanıb (VİDEO)
BMT və Azərbaycan arasında yeni anlaşma memorandumu imzalanıb
Bütün xəbərlər