...

Ərdoğan İran, Əfqanıstan və Toqo prezidentləri ilə telefonla danışıb

Siyasət Materials 12 Avqust 2021 07:46 (UTC +04:00)
Ərdoğan İran, Əfqanıstan və Toqo prezidentləri ilə telefonla danışıb

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstan Prezidenti Əşrəf Qəni, İran Prezidenti Seyid İbrahim Rəisi və Togo Prezidenti For Essozimn Qnassinqbne ilə telefonla danışıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

İran Prezidenti ilə telefon söhbətində R.T.Ərdoğan Rəisini yeni vəzifəyə başlaması münasibətilə təbrik edib. Prezident Ərdoğan Türkiyə-İran əlaqələrinin və regional əməkdaşlığın hər sahədə daha da güclənəcəyinə inandığını vurğulayıb.

Bildirilib ki, Türkiyə başçısı ölkədəki meşə yanğınlarının tezliklə bitməsini arzulayan Əşrəf Qəniyə təşəkkür edib və Əfqanıstanın ən qısa zamanda layiq olduğu sülhü, sabitliyi əldə edə bilməsi üçün dost-qardaş əfqan xalqının yanında olmağa davam edəcəklərini deyib.

Toqo Prezidenti Fore Essosimna Qnassinqbne ilə söhbət əsnasında Prezident Erdoğan ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edib. O, Türkiyə ilə Toqo arasında müdafiə sənayesində əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafına təkan verdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti