...

Dövlət Qarabağ və Şərqi Zəngəzurdakı missiyasını uğurla yerinə yetirir - Ekspert

Siyasət Materials 18 Avqust 2021 18:33 (UTC +04:00)
Dövlət Qarabağ və Şərqi Zəngəzurdakı missiyasını uğurla yerinə yetirir - Ekspert

Bakı. Çingiz Səfərli - Trend:

Qarabağın və Şərqi Zəngəzurun iqtisadi baxımdan inkişaf etdirilməsi bir neçə mərhələdə həyata keçirilir.

Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. O, bildirib ki, regionda təhlükəsizliyin təmini və ilkin infrastrukturun yaradılması sonrakı mərhələlər üçün əsaslı zəmin yaradır:

"İlk mərhələ təhlükəsizliyin təmin edilməsi, ərazilərin minalardan təmizlənməsidir. Nəqliyyat vasitələrinin, texnikaların təhlükəsiz hərəkəti üçün bu, vacib məsələdir. İkincisi dövlət investisiyaları hesabına sonradan xarici investorlar üçün əlverişli şərait yarada biləcək infrastrukturun formalaşdırılması nəzərdə tutulur. Hazırda yolların çəkilməsi, tunellərin, aeroportların tikilməsi, xüsusən alternativ enerjiyə əsaslanan enerji infrastruktunun, kommunal xətlərin qurulması işləri aktiv şəkildə aparılır. Üçüncü mərhələdə artıq burada daimi məskunlaşmanın başlaması, məcburi köçkünlərin öz yerlərinə qaytarılması, yeni iş yerlərin yaradılması və özəl investorların bölgəyə investisiya qoyuluşu nəzərdə tutulur.

Ümumiyyətlə Şərqi Zəngəzur yeraltı sərvətləri, mineral yataqları ilə zəngindir. Həmçinin bölgədə kənd təsərrüfatının bir çox sahələrinin, əkinçilik, heyvandarlıq, tütünçülük, arıçılıq və s inkişafı üçün perspektivlər var. Burada həmçinin turizmi də inkişaf etdirmək olar. İlk iki mərhələdə əsas güc dövlətin üzərinə düşür, lakin sonrakı mərhələlərdə regionun inkişafı həm də cəmiyyətin, özəl sektorun fəaliyyətindən asılı olacaq. Bu baxımdan ilk iki mərhələnin uğurla və sürətli şəkildə həyata keçirilməsi sonrakı mərhələlər üçün əsaslı zəmin yaradır. Müşahidələr onu göstərir ki, işlər sürətlə görülür və dövlət Qarabağ və Şərqi Zəngəzurdakı missiyasını uğurla yerinə yetirir".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti