Prezident İlham Əliyevin Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsi uğurla icra edilir - Vüqar Rəhimzadə

Prezident İlham Əliyevin Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsi uğurla icra edilir - Vüqar Rəhimzadə

Bakı. Trend:

“Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il İkinci Qarabağ savaşının başlandığı gün-sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd ediləcək. Bu günün şəhidlərin əziz xatirəsinin Anım Günü kimi qeyd edilməsi təsadüfi deyil. Çünki 44 günlük Vətən müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı oldu. Vətən müharibəsinin davam etdiyi günlərdə xalqa bütün müraciətlərində, xarici mətbuata müsahibələrində Azərbaycanın danışıqlar masası ətrafında hansı şərtlər daxilində oturacağını bəyan edən dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın diz çökəcəyini, gec-tez yalvarışlar edib danışıqlara gələcəyini diqqətə çatdırırdı.

Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanat ölkəmizin möhtəşəm hərbi-siyasi Qələbəsini, Ermənistanın biabırçı məğlubiyyətini təsdiqləmiş oldu. 44 günün hər anının tələbi, əsas çağırışı bu idi ki, bütün torpaqlarımız işğalçılardan təmizlənməli, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Başqa cür ola da bilməzdi. Çünki təcavüzün davam etdiyi 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızda qurulan keçilməz istehkamlar, Ermənistanın qeyri-qanuni yollarla silahlandırılması Azərbaycana qarşı qurulan bir çox çirkin planlara aydınlıq gətirmişdi. Şübhəsiz, sülh danışıqları adı altında müharibəyə hazırlıq görən, himayədarları tərəfindən durmadan silahlandırılan Ermənistan hər halda belə hiyləgər addımlarının özü üçün ağır sonluqla başa çatacağını anlamamış deyildi. Ona görə ki, Azərbaycan daim ən yüksək tribunalardan sülh danışıqları səmərə verməyəcəyi təqdirdə müharibə variantına əl atmağa məcbur olacağını bəyan edəndə Ermənistan və onun havadarları bunu Azərbaycanın sülh danışıqlarından imtinasi kimi təqdim edirdilər. 44 günlük İkinci Qarabağ müharibəsi onların bu mifini də darmadağın etdi. Tarixi torpaqlarımızda işğalçı Ermənistan ordusunu məhv edərək, erməni cəlladlarını cəzalandıraraq, şəhidlərimizin qisasını alaraq 30 ilə yaxın yolumuzu gözləyən doğma Qarabağımıza qalib kimi qayıtdıq. Bu gün tarixi ərazilərimizdəyik və doğma torpaqlarımızda əbədi olacağıq.”

Bu fikirləri YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, hər zaman xalqına güvənən, onun dəstəyinə arxalanan Prezidentə xalqın sonsuz məhəbbəti şəksizdir: “Vətən müharibəsinin davam etdiyi 44 gündə xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli birlik və siyasi həmrəylik Qələbəmizin ideoloji əsasına çevrildi. Ölkə Prezidenti xalqın dəmir yumruq kimi birliyinin təminatçısı oldu. Siyasətdə, döyüş meydanında, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfərimizin müəllifi kimi adını tarixə əbədi yazdı. Ölkə Prezidentinin möhtəşəm Qələbəmizlə başa çatan postmüharibə dövrünün ilk günlərindən başlayaraq işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının bu müqəddəs torpaqlarımızı ziyarət etməsi kimi dəyərləndirilir. Bu səfərlər çərçivəsində Prezident İlham Əliyev diqqəti 30 illik işğal dövrünün reallıqlarına, bir çox aparıcı dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara söykənən siyasətinə, Ermənistanın ona edilən havadarlıqdan daha da ruhlanaraq yeni ərazilərlə bağlı müharibə planları hazırlamasına yönəldərək bu addımların sonda işğalçı dövlətin diz çökməsi ilə nəticələnməsini böyük qürur hissi ilə qeyd edir. Bildirir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində beynəlxalq səviyyədə tanınan ərazilərimizdən Ermənistanın işğalçı qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi qurumun çox mühüm siyasi bir jesti idi. Lakin əfsuslar olsun ki, 30 ildə bu qətnamələr icra olunmadı. Dövlət başçısı BMT tribunasından daim Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini qaldıraraq bəyan etmişdir ki, bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin Azərbaycana gəldikdə isə onların icrası nədənsə “yaddan çıxır.” Azərbaycan cəmiyyətini daim ciddi narahat edən əsas məsələ bu qətnamələri qəbul edən, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçünün- ABŞ, Fransa və Rusiyanın artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri kimi öz vəzifələrinə biganə yanaşmaları, əksər hallarda təcavüzkarın yanında olmaları idi. Onların həmsədr ölkə missiyalarını ona görə keçmiş zamanda qeyd edirik ki, münaqişə artıq başa çatmışdır və bu günün reallığında 28 ildə mandatına uyğun addım atmayan qurumun fəaliyyətinə ehtiyac yoxdur. Çünki Minsk qrupu ötən 28 ildə çox imkanları əldən verib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibənin baş verməsinə görə məsuliyyət təkcə Ermənistanın deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür.”

YAP Xətai rayon təşkilatının sədri bu fikri böyük qürur hissi ilə qeyd edib ki, bu gün artıq Azərbaycan diktə edən tərəfdir və Ermənistan məğlub ölkə kimi Azərbaycan Prezidentinin fikirləri ilə hesablaşmağa məhkumdur: “Dövlət başçısı işğalçı Ermənistanın ona təklif olunan sülh təklifinə laqeyd münasibətinə qarşı bu bəyanatı səsləndirir ki, əgər sülh müqaviləsi imzalanmasa, peşman olan tərəf Ermənistan olacaq. Çünki Azərbaycan bu təklifi masa üzərində əbədi saxlamalı deyil.”

“Prezident İlham Əliyev sülh müqaviləsinin imzalanmasının zəruri şərt olduğunu vurğulamaqla bir daha öz siyasi iradəsini və Azərbaycanın dəyişməz mövqeyini ortaya qoydu” söyləyən V. Rəhimzadə bildirib ki, İkinci Qarabağ müharibəsinin qalibi olan rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı bütün çıxışlarında Ermənistana və havadarlarına mesajlar verir. Dövlət başçısı hər dəfə onlara xatırladır ki, “dəmir yumruq” yerindədir.

V.Rəhimzadə vurğulayıb ki, bütün dünya bu reallığın şahididir ki, Prezident İlham Əliyev Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsini uğurla icra edir: “Dövlət başçısının iqtisadi rayonların yenidən bölgüsü ilə bağlı Fərmanı əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması da 30 ildən artıq davam edən münaqişənin tarixə qovuşduğunu, Cənubi Qafqaz regionunda yeni geosiyasi səhifənin açıldığını təsdiqləyir. Tezliklə Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın dövlət başçısının təklif etdiyi yeni əməkdaşlıq formatının yaranması üçün real zəmin yaratmış olacaq. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa və quruculuq işləri Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı yaxınlaşdırmaqla 2030-cu ilə qədərki dövrü əhatə edən Milli Prioritetlərin uğurla reallaşacağına əminliyi artırır.”

Qarabağ balı Fransaya ixrac olunacaq
Qarabağ balı Fransaya ixrac olunacaq
Premium mənzillər üçün ipoteka şərtlərində YENİLİK! (FOTO)
Premium mənzillər üçün ipoteka şərtlərində YENİLİK! (FOTO)
Azərbaycanda bal istehsalı planı üstələyib
Azərbaycanda bal istehsalı planı üstələyib
Loading Bars
Xəbər lenti
Gürcüstanda Çin bayrağı altında üzən gəmi cərimələnib
Füzuli Beynəlxalq Hava Limanı Qarabağı Azərbaycana qırılmaz şəkildə bağlayacaq - Yalçın Topçu
44 günlük Vətən müharibəsinin xronikası: 27 oktyabr
Çində 4 milyonluq şəhər karantinə alındı
Evlərin təmiri zamanı dələduzlardan necə qorunmaq olar?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb (FOTO)
Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək
Həkəri və Bərgüşad çayları strateji əhəmiyyətə malikdir - AÇIQLAMA
Azərbaycandakı sürüşmə zonalarında mövcud vəziyyət açıqlanıb
Rəcəb Tayyib Ərdoğan: İşğaldan azad edilən bölgələrin qısa müddətdə sürətlə inkişaf etdirilməsi hər siyasətçinin işi deyil
Türkiyə bundan sonra da Azərbaycana dəstək verməyə davam edəcək - Rəcəb Tayyib Ərdoğan
Ermənilər ərazilərin onlara məxsus olmadığını bildikləri üçün şəhərlərimizi xarabalığa çeviriblər - Deputat
Prezident İlham Əliyev Türkiyə Prezidentinin Azərbaycana növbəti səfərini əsl qardaşlıq nümunəsi adlandırıb
Prezident İlham Əliyev: İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik
Ermənistan Azərbaycanla münasibətlərində səmimi iradə ortaya qoyarsa, Türkiyə ilə də münasibətlərin normallaşması üçün əngəl qalmayacaq - Ərdoğan
Prezident İlham Əliyev: Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq
Qarabağ balı Fransaya ixrac olunacaq
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır
Ərdoğan Zəngəzur dəhlizinin təməlqoyma mərasimində: Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz
Prezident İlham Əliyev: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır
Sumqayıtda marşrutların kart sistemində niyə problem yaranıb? - AÇIQLAMA
Sosial siyasətin uğurlu istiqamətlərindən biri şəhid ailələrinə daimi qayğıdır - Deputat
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Rusiyalı media eksperti Teleradio Akademiyasında olub (FOTO)
Azərbaycan və Xorvatiya arasında birgə komissiyanın növbəti iclası keçirilib
ABŞ-ın Azərbaycana qarşı “907-ci düzəliş” ədalətsizliyi aradan qaldırılacaq? - AÇIQLAMA
Bolqarıstandan olan nümayəndə heyəti Ağdam və Tərtərdə dağıdılmış obyektlərə baxış keçirib
Təlim toplanışında iştirak edəcək hərbi vəzifəlilər hərbi hissəyə qəbul olunub (FOTO/VİDEO)
"Lukoyl"un "Şahdəniz" layihəsində payının artırılması prosesində məsləhətçi şirkətin adı açıqlanıb
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub (FOTO/VİDEO)
Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Bərgüşad və Həkəri çayları üzərində su anbarları inşa ediləcək - Nazir müavini
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üzərində “Xarıbülbül” təsviri olan saatlar hədiyyə edib (FOTO/VİDEO)
Metroda sıxlığın aradan qaldırılması üçün yeni nəzarət qrupları yaradılıb
Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Dövlət orqanlarında 30 vakant vəzifə üzrə daxili müsahibə keçiriləcək
Azərbaycanda ilk beynəlxalq peşəkar Kiber təhlükəsizlik birliyi yaradıldı
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilandan fotolar paylaşıb (FOTO)
BDU-nun baş müəllimi vəfat edib
Səfirlik tərəfindən mühəndislik məhsulları üzrə vebinar təşkil olundu (FOTO)
Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycanın gücünə güc qatacaq - Sevil Mikayılova
Azad edilən ərazilərdə mühəndis işləri davam etdirilir (FOTO/VİDEO)
Oktyabrın 27-nə USD/AZN rəsmi məzənnəsi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub (FOTO/VİDEO) (YENİLƏNİB)
“Azərenerji” ASC Bakıda qanunsuz tikililərlə bağlı açıqlama yayıb (FOTO)
Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilib
Qoşqar Təhməzli UNİCEF-in Azərbaycana yeni təyin olunmuş nümayəndəsi ilə görüşüb (FOTO)
Albaniyada yüzlərlə insan içməli sudan zəhərlənib
Azərbaycan və Türkiyə Prezidentləri Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar (FOTO/VİDEO)
Milli Gimnastika Arenası 28-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edəcək
Füzuli Beynəlxalq Hava Limanının açılışı Qarabağa investisiya qoyuluşunu və sosial inkişafı sürətləndirəcək - İsrailli ekspert
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda heroin alverçiləri yaxalandı (FOTO/VİDEO)
TAP Yunanıstanın təbii qaza olan tələbatının 17 faizini təmin edir
Yelo Bankın xalis mənfəəti 11 milyonu keçdi
20 dönərxananın sağlamlaşdırılması nəzərdə tutulur - AQTA
Çində 4 milyona yaxın əhalisi olan şəhər karantinə bağlandı
“AzerGold” ali məktəb tələbələri üçün Təqaüd proqramı elan edir
Azad edilmiş ərazilərdə şəhid adlarının əbədiləşdirilməsi çox mühüm addımdır - Deputat
Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb
Qəbələdə toy sahibləri cərimələndi (FOTO/VİDEO)
Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurdu
UNEC Qarabağ mövzusunu dünya kitabxanalarında araşdırır: Ən çox nəşrlər hansı ölkənindir?
Qubadlıda yeni yaradılan hərbi hissə sərhədlərimizin etibarlı qorunmasına şərait yaradır - Hərbi ekspert
Azərbaycanda 166 məktəbdə ənənəvi dərs jurnalları ləğv edilib
"Azəristiliktəchizat" ASC qış mövsümünə hazırlıq işlərini başa çatdırıb
Azərbaycan məhsulları Çində sərgi-yarmarkada maraqla qarşılanıb (FOTO)
Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışının həyata keçirilməsi böyük əhəmiyyət daşıyır - ŞƏRH
Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
Qohumuna qarşı 13 min manatlıq dələduzluq edən qadının işi məhkəməyə göndərildi
Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur Dəhlizinin təməlini qoyublar (FOTO/VİDEO) (YENİLƏNİB)
İranda daha 156 nəfər koronavirusdan ölüb
Laçında qəbirüstü at fiqurları tapılıb (FOTO)
Bu il 1300-ə yaxın əlil şəxs özünüməşğulluq proqramına cəlb edilib (FOTO)
Britaniya kraliçası Azərbaycanı təbrik edib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2266 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bakıda daha bir məktəb distant təhsilə keçdi
Dünya Bankı ilə azad edilmiş ərazilərin bərpası üzrə yeni layihələr müzakirə edilib - Mikayıl Cabbarov (FOTO)
Qubadlıda icra olunan layihələr infrastruktur işlərinin birinci sırada olduğunu göstərir - Deputat
Bu ərazilərə qar yağıb - Faktiki hava
Azərbaycanda restoranlara ulduzlar verilə bilərmi?
Ata Abdullayev dedi ki, 15 min manat ver, videonu silim - Zərərçəkmiş
Gənclərə örnək olan şəhid Milli Qəhrəman Şükür Həmidov
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışını ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
MDU-nun türkiyəli professoru magistrantlarla görüşüb (FOTO)
Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüş keçirilib (FOTO)
Sabah hava yağışsız keçəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanma (FOTO/VİDEO)
Rusiyada koronavirusdan ölənlərin sayı 232 mini keçib
Cəzaçəkmə müəssisəsindən azad olunan şəxslərə nə qədər müavinət ödənilir?
Münhen təhlükəsizlik konfransı gələn il ənənəvi formatda keçiriləcək
Türkiyə səfiri UNEC-də olub (FOTO)
Külli miqdarda qanunsuz spirtli içki aşkar edilib (VİDEO)
AzEduNet və İT Step Akademiyası arasında memorandum imzalanıb
Əlillərə əmək pensiyası təyinatı hansı qaydada aparılır?
DSMF dəfn xərclərinin verilməsi qaydalarını açıqlayıb
COVID-19 peyvəndi sonsuzluğa səbəb ola bilərmi?
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib (FOTO)
Dövlət orqanlarında 58 vakant vəzifə üzrə müsahibə elan edilib
Bütün xəbərlər