İkinci Qarabağ müharibəsində qələbə Azərbaycanı dünyanın aparıcı dövlətləri sırasına çıxardı - İqor Korotçenko

İkinci Qarabağ müharibəsində qələbə Azərbaycanı dünyanın aparıcı dövlətləri sırasına çıxardı - İqor Korotçenko

Bakı. Cani Babayeva - Trend:

İkinci Qarabağ müharibəsində qələbə Azərbaycanı dünyanın aparıcı dövlətləri sırasına çıxardı.

Bunu Trend-ə Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, bugünədək aparıcı dövlətlərdən heç biri Azərbaycanın etdiyini nümayiş etdirməyib: "Məhz buna görə də İkinci Qarabağ müharibəsinin ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İsraildə, hərbi güc amilinin əhəmiyyət daşıdığı hər yerdə diqqətlə təhlili və öyrənilməsi davam edir. Bu, yeni strateji fikirlər və müasir texnologiyaların istifadəsi ilə aparılan müharibənin nümunəsidir. Hərb tarixində misli görünməmiş, geniş çeşiddə kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının eyni anda istifadəsi 21-ci əsrin yüksək texnoloji müharibəsinin necə olmalı olduğu barədə təsəvvürləri dəyişdirdi. Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin effektiv fəaliyyətini unutmamalıyıq. Azərbaycan göstərdi ki, müharibənin aparılmasının qeyri-standart, effektiv və yüksək texnoloji üsullarını tapıb və bu, yekunda qələbəyə gətirib çıxarıb."

İ.Korotçenko vurğulayıb ki, istənilən müharibədə bir nömrəli amil Ali Baş Komandandır. Məhz o, hərbi düşüncələri reallaşdırır, başlıca əməliyyatları təklif edir, onların hazırlanmasına nəzarət edir və yekunda siyasi və hərbi məsuliyyət daşımaqla reallaşdırır:

"Bu baxımdan 44 günlük İkinci Qarabağ müharibəsi ərzində dünya ictimaiyyətinin təxminən 30 il ərzində nail ola bilmədiyini etmək mümkün oldu: Azərbaycan BMT TŞ-nin dörd qətnaməsini reallaşdıraraq öz ərazi bütövlüyünü bərpa etdi. Biz görürdük ki, ATƏT Minsk qrupunun bu problemi həll etmək cəhdləri aşılmaz maneələrlə üzləşirdi və sonda Azərbaycan öz kəskin qılıncı ilə çözülməyən "Qordi düyünü"nü doğradı".

O bildirib ki, İkinci Qarabağ müharibəsindəki qələbə diplomatiya, iqtisadiyyat və səmərəli sistemin zəfəridir, belə ki, bütün bu komponentlər müharibə zamanı fövqəladə vacib və çox əhəmiyyətlidir:

"Müharibə hər zaman istənilən ölkənin, onun ordusunun və liderinin keyfiyyət yoxlamasıdır. Qalib gələn tərəf müzəffərdir. Bu vəziyyətdə Azərbaycan qeyd-şərtsiz müzəffər oldu və 21-ci əsrin ordusunun necə olduğunu göstərdi. Bu gün bəzi dövlətlərdə təlimlər və hərbi quruculuq planları Azərbaycan təcrübəsindən irəli gələrək təkmilləşdirilir".

İ.Korotçenko qeyd edib ki, Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, həm də ümumilikdə dünya arenasında başlıca geosiyasi iştirakçıdır:

"Bu, ilk növbədə Azərbaycanın potensialı və daha sonra İkinci Qarabağ müharibəsindəki qələbə sayəsində əldə olunub. Bu qələbə ölkəni obyektiv olaraq dünyanın aparıcı dövlətləri sırasına çıxardı. Eyni zamanda Azərbaycanın irimiqyaslı enerji layihələrinin reallaşdırılmasına töhfəsi də bu məsələdə rol oynayıb. Bütün bu amillər Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində rolunu və nüfuzunu möhkəmləndirib.

Əlbəttə, lider çox vacibdir. Azərbaycanın başında Prezident İlham Əliyev kimi güclü, effektiv və məsuliyyətli rəhbərin dayanması sözsüz hörmət doğurur. O, onilliklərlə həll olunmayan məsələni 44 günə həll edə bildi və bununla da göstərdi ki, beynəlxalq hüquq normaları, ərazi bütövlüyü prinsiplərinin zəfər çalması üçün real iradə və potensial, eləcə də siyasi və hərbi imkanlar var".

Ekspert əlavə edib ki, İkinci Qarabağ müharibəsinin yekunlarının siyasi baxımdan möhkəmləndirilməsi, o cümlədən regionun dinc, intensiv və dinamik inkişafını təmin edəcək 3+3 formatının reallaşdırılması vacibdir:

"Bu gün Xəzər regionunda aparıcı rollardan birini, şübhəsiz ki, Azərbaycan oynayır. Ölkə bütün dünya ictimaiyyətinin qarşısında dayanan beynəlxalq sabitlik və dayanıqlı inkişaf məqsədlərinin təmin olunmasına töhfəsi baxımından öz mövqelərini gücləndirməyə və potensialını artırmağa davam edəcək".

(Tərcümə: Orxan Nəbiyev)

İsraildə koronavirusun yeni ştammına daha 5 yoluxma qeydə alınıb
İsraildə koronavirusun yeni ştammına daha 5 yoluxma qeydə alınıb
Bayden iqlim dəyişikliyini bəşəriyyət üçün təhlükəli hesab edib
Bayden iqlim dəyişikliyini bəşəriyyət üçün təhlükəli hesab edib
Kraliça II Elizabet gecəni xəstəxanada keçirib
Kraliça II Elizabet gecəni xəstəxanada keçirib
Loading Bars
Xəbər lenti
İsraildə koronavirusun yeni ştammına daha 5 yoluxma qeydə alınıb
Mourinyonun komandası ilk dəfə 6 qol buraxıb
Bayden iqlim dəyişikliyini bəşəriyyət üçün təhlükəli hesab edib
Bu gün hava əsasən yağmursuz keçəcək
Kraliça II Elizabet gecəni xəstəxanada keçirib
ABŞ-da film çəkilişi zamanı atışma olub, ölən və yaralanan var
Yeni Zelandiyada 5,9 bal gücündə zəlzələ olub
Belarus "Avroviziya-2022" müsabiqəsində iştirak etməyəcək
Britaniyada koronavirusa 50 mindən çox yeni yoluxma halı qeydə alınıb
Bakıda yaşayış binasında yanğın olub
Azərbaycan UEFA əmsallar cədvəlində 26-cı pilləyə yüksəlib
Avropa Liqası: "Vest Hem" evdə, "Qalatasaray" səfərdə qələbə qazandı (NƏTİCƏLƏR)
Suriyada meşələrin yandırılmasına görə 24 nəfər edam edilib
Zəfər xronikası 22 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyevanın Trend İnformasiya Agentliyinə müsahibəsi
44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr
Türkiyə kəşfiyyatı İraqda 5 PKK terrorçusunu zərərsizləşdirib
Azərbaycanla İsveçrə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)
"Qarabağ" Konfrans Liqasında növbəti qələbəsini qazanıb
Milli Məclisin sədri ATƏT PA-nın sədri ilə görüşüb (FOTO)
Milli Məclisin sədri Parlament Sədrlərinin Avropa Konfransında çıxış edib (FOTO)
Putin Qarabağla bağlı açıqlama verdi
Rusiya və Çin hərbi blok yaratmır - Putin
Türkiyədə son sutkada koronavirusdan 29 160 nəfər sağalıb
Azərbaycan əhalisi benzin və dizelə 2 milyard manata yaxın pul xərcləyib
İranla Azərbaycan arasındakı gərginlik dövlətimizin haqlı olduğunu sübuta yetirdi - ŞƏRH
Zığ şosesi yaxınlığında ağaclıq ərazi yanıb
Azad olunan ərazilərə ceyranlar nə vaxt buraxılacaq? - RƏSMİ
Rumıniya prezidenti yeni hökumətin formalaşdırılmasını müdafiə nazirinə tapşırıb
Hərbi Liseydə şəhid məzunların xatirəsi anılıb (FOTO/VİDEO)
Rusiya Azərbaycanda işgüzar fəaliyyətini genişləndirməkdə maraqlıdır - Zaxarova
Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib
Aİ nümayəndəliyinin rəhbəri post-müharibə dövründə Azərbaycana maliyyə dəstəyi barədə danışıb
Kamran Əliyev yenidən Beynəlxalq Prokurorlar Assosiasiyasının Vitse-prezidenti seçilib (FOTO)
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlər üçün imtahan keçiriləcək
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Zəngilan səfərindən görüntü paylaşıb (VİDEO)
Onlayn narkotik satan narkomafiyaya hökm oxundu
Türkiyə hərbçisi antiterror əməliyyatında həlak olub
Oktyabrın 22-nə USD/AZN rəsmi məzənnəsi
3 rayona yeni prokuror təyin edildi
Qanunsuz ov edən ərəblər saxlanıldı
Abşeronda 4 şəhidin il mərasimi keçirilib (FOTO)
ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərcləri açıqlayıb
İspaniyada püskürən vulkan 2 mindən çox tikiliyə ziyan vurub
Prokurorluq Xaçmazda məktəblinin ölümü ilə bağlı araşdırmalara başladı
Könül Nurullayeva MDB Gənclər Parlamentlərarası Assambleyasında Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən danışıb (FOTO)
Hərbi Akademiyada beynәlxalq elmi-praktik konfrans keçirilir (FOTO)
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni SİYAHISINI açıqlayıb
Direktor müavini olmaq istəyənlər üçün əlavə müsahibə keçirilir
Sabah külək əsəcək
Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu keçdi
Azərbaycanda 2 005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb
BDU və MDU-nun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib (FOTO)
“Tut əlimdən”: bu dəfə şəhid Rəhim Hüseynovun övladları ilə nazir müavini yaddaqalan gün keçirdi (FOTO)
"Gənclik" metrostansiyası bu gün gücləndirilmiş rejimə keçir
Bakıda Macarıstan Universiteti Forumu çərçivəsində məzunların görüşü olub
Azərbaycanın icmal büdcəsinin gəlirləri 23 milyard manatdan çox olub
Bu ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri nə qədər olub? - HESABAT
Buster doza ilə peyvəndləmə xüsusilə risk qrupuna aid olan vətəndaşlar üçün vacibdir
Azərbaycan və Qazaxıstan arasında Əməkdaşlıq Memorandumu imzalanıb
2021-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin gəlirləri AÇIQLANDI
Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək
Sosial iş yerlərində və özünüməşğulluqda, habelə peşə hazırlığının təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək - QANUN
Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra investorların bura marağı daha da artıb - İBF-in vitse-prezidenti (VİDEO)
"Memar Əcəmi" metrostansiyasında koronavirus xəstəsi saxlanılıb (FOTO)
Konqoda 160-dan çox uşaq naməlum xəstəlikdən ölüb
Vaxt keçdikcə COVİD-19-un fərqli növlərini görəcəyik, vaksinasiya sürətləndirilməlidir - İnfeksionist
Kaspersky dünya üzrə kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb (FOTO)
UNEC rektoru Prezident təqaüdçüləri ilə görüşüb (FOTO)
Lökbatan qəsəbəsində Vətən müharibəsinin şəhidləri anılıb (FOTO)
İranda 178 nəfər koronavirusdan ölüb
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “YAŞAT” arasında memorandum imzalanıb (FOTO)
Baş Prokurorluq qətlə yetirilən 10 yaşlı Nərminin qan uyğunsuzluğu məsələsini aydınlıq gətirdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Delta plyus” ikiqat mutasiya olunub, daha tez yayılır - TƏBİB-dən XƏBƏRDARLIQ
Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin qərarı dəyişməyib - Ərdoğan
Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi
ADU-nun rektoru Kamal Abdulla ingilis professorları ilə görüşüb
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
“Texnomart” mağazalar şəbəkəsi rebrendinq edib (FOTO)
BDU və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib (FOTO)
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb (FOTO)
AzMİU-da “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESİAC2021” mövzusunda beynəlxalq konfrans keçirilib
Azərbaycandan Gürcüstana 3,2 milyon tondan çox neft nəql olunub
BNA sərnişinlərin ən çox şikayət etdiyi daşıyıcı şirkətlərin adlarını açıqlayıb (SİYAHI)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Göyçayda keçirilib (FOTO)
Vahid Ələkbərov Yelo Bankın yeni baş ofisinin açılışında iştirak etdi (FOTO)
Səbaildə tarixi binaların üzərindəki havalandırma boruları sökülür (FOTO)
Cərrahiyyə əməliyyatından sonra ürəkbulanma və qusmaya səbəb nədir?
Bakıda daha bir küçə təmir olunub (FOTO)
Türk Dünyası (turkic.world) layihəsi informasiya tələbatına cavab verir - Türkiyə Prezidentinin baş müşaviri
Bərdə doğum evində ana ölüb
Bank Respublika üçüncü rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib
"Bavariya"nın baş məşqçisi koronavirusa yoluxub
Prezident İlham Əliyev: Şəhid olmuş hər bir insan Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhriyar Məmmədyarovun atası ilə səmimi söhbət ediblər
Prezident İlham Əliyev: Xalqımız işğal dövründə öz doğma torpaqlarını unutmadı
Prezident İlham Əliyev: Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək
Şəkidə nar ağaclarında zərərvericilər aşkarlanıb
Gələn həftə Azərbaycan və Türkiyənin hakim partiyaları arasında iclas keçiriləcək
Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttinin ilkin konseptual layihəsi hazırlanıb (FOTO)
Bütün xəbərlər