...

Nərimanov rayonunda avtomobil yollarının yenidən qurulmasına 6,4 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyasət Materials 28 Sentyabr 2021 14:37 (UTC +04:00)
Nərimanov rayonunda avtomobil yollarının yenidən qurulmasına 6,4 milyon manat ayrılıb - SƏRƏNCAM

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti