...

BMT səfirlərinin akkreditasiya komitəsi noyabrda toplanacaq

Siyasət Materials 1 Oktyabr 2021 05:32 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstan və Myanma daimi nümayəndələrinin etimadnamələrini nəzərdən keçirməli olan BMT akkreditasiya komitəsi noyabr ayında toplanacaq.

Trend-in məlumatına görə, bunu Ümumdünya Təşkilatı Baş assambleyasının prezidentinin nümayəndəsi Monika Qreyli bildirib.

Myanma ordusu və Taliban artıq öz nümayəndələrini BMT-yə təqdim ediblər, lakin bu günə qədər etibarnamələri akkreditasiya komitəsi təsdiq etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti