...

Revanşist qüvvələrə tövsiyəmiz odur ki, yanlış yolla getməsinlər - Nazir

Siyasət Materials 18 Oktyabr 2021 12:24 (UTC +04:00)
Revanşist qüvvələrə tövsiyəmiz odur ki, yanlış yolla getməsinlər - Nazir

Bakı. Elçin Mehdiyev – Trend:

Postmünaqişə dövründə Ermənistanda hər hansı revanşist çağırışlar edən qüvvələrə tövsiyəmiz ondan ibarətdir ki, yanlış yolla getməsinlər.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, imzalanmış sənədlərin icrası labüddür: “Yalnız imzalanmış sənədlərin icrası ilə region üçün stabillik proqnozlaşdırıla bilər və insanların həyatının təhlükəsizliyini təmin etmək mümkündür” .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti