...

Gürcüstanın Baş naziri Əli Əsədovu təbrik edib

Siyasət Materials 19 Oktyabr 2021 17:32 (UTC +04:00)
Gürcüstanın Baş naziri Əli Əsədovu təbrik edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova ölkəmizin müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, məktubda İ.Qaribaşvili Gürcüstanın iki ölkə arasında əsrlər boyu formalaşmış dostluq əlaqələrinə və strateji tərəfdaşlığa böyük əhəmiyyət verdiyini bildirib.

Vurğulanıb ki, Gürcüstan hər iki ölkənin və regionun rifahı naminə Azərbaycan ilə mövcud yüksək səviyyəli strateji tərəfdaşlığı və dostluq münasibətlərini daha da dərinləşdirməyə və inkişaf etdirməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti