...

Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi

Siyasət Materials 21 Oktyabr 2021 14:41 (UTC +04:00)

Bakı. Humay Ağacanova -Trend:

Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, lakin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandırarkən deyib.

O bildirib ki, Azərbaycana səfəri çərçivəsində Füzuli aeroportu ilə bərabər, bəzi infrastruktur obyektlərinin açılışında da iştirak edəcək.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Prezidentinin oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti