...

Münhen təhlükəsizlik konfransı gələn il ənənəvi formatda keçiriləcək

Siyasət Materials 26 Oktyabr 2021 12:43 (UTC +04:00)
Münhen təhlükəsizlik konfransı gələn il ənənəvi formatda keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

2022-ci ildə Münhen təhlükəsizlik konfransı iki illik fasilədən sonra üz-üzə formatda keçiriləcək.

Trend-in məlumatına görə, bunu forumun rəhbəri Volfqanq İşinger deyib.

O bildirib ki, gələnilki tədbir fevralın 18-dən 20-dək davam edəcək. Pandemiya ilə əlaqədar konfrans iştirakçılarının sayının məhdud olacağı qeyd olunub.

Konfransın gündəliyində gələn məsələlərə gəldikdə, tədbir zamanı daha çox Avropa təhlükəsizlik və müdafiə siyasətinin müzakirəsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti