...

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin təməlini qoyublar (FOTO/VİDEO)

Siyasət Materials 7 Noyabr 2021 17:05 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Daşaltı məscidinin təməlini qoyublar.

Trend xəbər verir ki, azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mənəvi abidələrimiz bərpa olunur və yeniləri tikilir. Zəfər Günü ərəfəsində belə bir addımı atmaqla Prezident İlham Əliyev dünyaya növbəti mesajı verir: Biz nəinki torpaqlarımızı abadlaşdırır, keçmiş məcburi köçkünlərimizi geri qayıtmaq üçün müasir infrastruktur yaradır, həm də ermənilərin bu torpaqlarda dini-mədəni abidələrə qarşı həyata keçirdiyi vandallığın izlərini təmizləyir, müqəddəs dəyərlərimizə sahib çıxırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti