...

Los Ancelesdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Siyasət Materials 11 Dekabr 2021 10:27 (UTC +04:00)
Los Ancelesdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

ABŞ-ın Los Anceles şəhərində 10 dekabr 2021-ci il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş mərasim keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə Kaliforniyanın ən qədim məscidlərindən biri olan İnqlvud İslam Mərkəzində keçirilən mərasimdə Ulu Öndərin Azərbaycanın müstəqil dövlət kimi inkişafında misilsiz rolu barədə danışılıb.

Azərbaycanın Los Ancelesdəki baş konsulu, Los Anceles Konsulluq Korpusunun duayeni (sədri) Nəsimi Ağayev Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edərək, onun ən çətin zamanda Azərbaycanı böyük bəlalardan xilas etdiyini, müstəqilliyimizi gücləndirdiyini və ölkəmizin gələcək inkişafının möhkəm əsaslarını yaratdığını bildirib. Heydər Əliyevin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən N.Ağayev, bu gün Azərbaycanın ən sürətlə çağdaşlaşan dövlətlərdən olduğunu və bu qüdrətli Azərbaycanın ötən il öz ərazilərini Ermənistanın işğalından azad etdiyini və tarixi ədaləti bərpa etdiyini diqqətə çatdırıb.

İnqlvud İslam Mərkəzinin sədri Caved Bava öz çıxışında Azərbaycana bu yaxınlarda Los Ancelesdən olan digər din xadimlərilə birlikdə səfər etdiklərini qeyd edərək, səfər müddətində işğaldan azad olunmuş Şuşa və Ağdam şəhərlərini ziyarət etdiklərini və Ermənistan tərəfindən bu ərazilərdə törədilmiş cinayətlərin acı nəticələrilə yaxından tanış olduqlarını bildirib. C.Bava öz multikulturalizmi və dinlərarası harmoniyası ilə gözəl bir örnək olan Azərbaycanın bu günkü uğurlarının əsasının müasir Azərbaycanın banisi və qurucusu olan Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb.

Sonra Heydər Əliyevin ruhuna dualar oxunub. Mərasimdən sonra ehsan süfrəsi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti