...

Sabah Türk Dövlətləri Təşkilatının Qazaxıstana dair iclası keçiriləcək

Siyasət Materials 10 Yanvar 2022 15:24 (UTC +04:00)

Bakı. Humay Ağacanova - Trend:

Türk Dövlətləri Təşkilatına (TDT) müddətli sədrlik edən Türkiyənin təklifi ilə TDT Xarici İşlər Nazirləri Şurasının təşkilata üzv və müşahidəçi ölkələrin iştirakı ilə növbədənkənar iclası yanvarın 11-də keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Video-konfrans formatında keçiriləcək iclasda Qazaxıstanda baş verən hadisələr müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti