...

Azərbaycan Ordusu Kəlbəcər istiqamətində heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etməyib - Nazirlik

Siyasət Materials 11 Yanvar 2022 20:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Ordusu Kəlbəcər istiqamətində heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etməyib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumatında deyilir.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Qeyd edək ki, nazirliyin yaydığı məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti