...

Ermənistan prezidentinin səlahiyyətlərini parlament sədri həyata keçirəcək

Siyasət 23 Yanvar 2022 22:35 (UTC +04:00)
Ermənistan prezidentinin səlahiyyətlərini parlament sədri həyata keçirəcək

Bakı. Trend:

Ermənistanda növbədənkənar prezident seçkilərinə qədər prezident səlahiyyətlərini müvəqqəti olaraq ölkə parlamentinin sədri Alen Simonyan icra edəcək.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu Ermənistanın Konstitusiyasında təsbit olunub.

Növbədənkənar seçkilər prezident istefa verdiyi tarixdən 25 gün tez və 35 gün gec olmayaraq keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti