Bakı. Elçin Mehdiyev – Trend:
Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının rəhbərləri fevralın 1-dən fəaliyyətə başlayıblar.
Trend-in məlumatına görə, bunu YAP Mərkəzi Aparatının rəhbəri, partiya sədrinin müavini Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, yeni rəhbərlər qarşısında yeni tapşırıqlar qoyulub.
“Qısa zamanda hər bir rayon və şəhərdə partiya təşkilatlarının fəaliyyətinin daha çevik, müasir tələblərə və cənab Prezidentimizin, sədrimizin tələblərinə uyğun qurulması üçün öz təkliflərimizi təqdim edəcəyik”, - deyə T.Budaqov bildirib.
Qeyd edək ki, yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İcasda partiyanın rayon və şəhər təşkilatlarının yeni rəhbərlərinin təyin edilməsi məsələsinə baxılıb. Partiyanın 64 rayon və şəhər təşkilatına yeni sədrlər seçilib.