...

Tələbələr üçün Prezident təqaüdü artırıldı

Siyasət Materials 14 Fevral 2022 16:20 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Trend xəbər verir ki, Fərmanla “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alınır:

- “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsində “210 (iki yüz on)” sözləri “250 (iki yüz əlli)” sözləri ilə əvəz edilsin.

Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti