...

Milli Məclisin deputatları ATƏT PA-nın qış sessiyasında iştirak edəcək

Siyasət Materials 21 Fevral 2022 17:26 (UTC +04:00)
Milli Məclisin deputatları ATƏT PA-nın qış sessiyasında iştirak edəcək

Bakı. Elçin Mehdiyev – Trend:

Fevralın 24 və 25-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) hibrid formatda qış sessiyası keçiriləcək.

Milli Məclisindən Trend-ə verilən məlumata görə, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti, deputat Azay Quliyev sessiyada iştirak etmək üçün fevralın 22-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.

Tədbirə parlamentin komitə sədri Tahir Mirkişili, deputatlar Ağalar Vəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə və Tural Gəncəliyev onlayn şəkildə qoşulacaqlar.

Sessiyada ATƏT PA-nın ümumi komitələrinin və xüsusi nümayəndələrinin hesabatları təqdim ediləcək, beynəlxalq siyasi vəziyyət müzakirə olunacaq, təşkilatın növbəti dövr üçün fəaliyyət planı təsdiq ediləcək.

Deputatlarımız gündəlik üzrə müzakirəyə çıxarılan məsələlərlə bağlı ölkəmizin mövqeyi baxımından fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti