...

Xocalı faciəsinin tanınması ilə bağlı Beynəlxalq Roma Koalisiyası yaradıldı

Siyasət Materials 2 Mart 2022 17:05 (UTC +04:00)
Xocalı faciəsinin tanınması ilə bağlı Beynəlxalq Roma Koalisiyası yaradıldı

Bakı. Trend:

Xəbər verildiyi kimi, dünən Roma şəhərində, İtaliya Senatının binasında İtaliya millət vəkilləri, beynəlxalq hüquq müdafiə təşkilatları, Avropada irqçilik və soyqırımalara qarşı mübarizə ictimai birlikləri və vətəndaş cəmiyyətinin digər nümayəndələrinin iştirakı ilə Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş “Etiraf etməklə barışıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzindən Trend-ə bildirilib ki, konfransda iştirak edən natiqlər Xocalı soyqırımına beynəlxalq hüquqi qiymətin verilməsini müzakirə edib, Ermənistan hökumətini bu soyqırımı etiraf etmək və üzr istəməyə dəvət edən "Barışıq üçün etiraf et" təşəbbüsünü dəstəkləyiblər. Müzakirələrin yekunu olaraq Soyqırım və Kütləvi Qırğınların Qarşısının Alınması üzrə Budapeşt Beynəlxalq Mərkəzinin “Xocalı: Barışıq üçün etiraf et” təşəbbüsünə daha çox beynəlxalq dəstək verilməsi məqsədi ilə Avropanın EMİSCO təşkilatı, İnsan Haqları üzrə İtaliya Federasiyası, Vicdan azadlığı Uğrunda Dərnəklərin və Fərdlərin Koordinasiyası (Belçika), Srebrenitsa Anım Mərkəzi Muzeyinin” direktor müavini, ATƏT-in din və geosiyasət üzrə keçmiş şəxsi nümayəndəsi Avropa təşkilatlarının Koalisiyasının təsis olunduğu elan ediblər. Habelə rəmzi olaraq Roma Koalisiyası adlanan koalisiyanın daha çox insan haqları təşkilatlarının və tanınmış ictimai-siyasi xadimlərin üzvlüyünə açıq olacağı ifadə olunub.

İmzalan sənəddə Xocalı soyqırımının Ermənistan tərəfindən tanınacağı təqdirdə, regionda sülhün bərqərar olunacağı vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti