...

Azərbaycan Ordusunun Türkiyə modeli əsasında qurulması sürətləndirilir

Siyasət Materials 7 Mart 2022 14:35 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Ordusunda Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin tətbiqinin sürətləndirilməsi tapşırılıb.

Trend xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə Müdafiə naziri general-polkovnik Zakir Həsənov tapşırıq verib.

Nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda, o cümlədən hərbi təhsil sahəsində tətbiqinin sürətləndirilməsini tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti