...

Yaponiya azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək göstərməyə çalışır - Səfir

Siyasət Materials 9 Mart 2022 17:48 (UTC +04:00)
Yaponiya azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək göstərməyə çalışır - Səfir

Bakı. Maryana Əhmədova - Trend:

Yaponiya azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək göstərməyə çalışır.

Trend-in məlumatına görə, bunu Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada “Tərtər Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, bu müqavilənin əsas məqsədi azad edilmiş ərazilərin mövcud olan mina və partlamamış sursatlardan təmizlənməsi işinin sürətləndirilməsidir.

Səfr əlavə edib ki, layihədə nəzərdə tutulan ləvazimatların alınması üçün Yaponiya səfirliyi 88 224 dolları məbləğində vəsait ayıracaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti