...

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib

Siyasət Materials 10 Mart 2022 20:05 (UTC +04:00)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Trend xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya Köşkündə dövlət başçısını qarşılayıb.

Görüşün sonunda Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə olunub və Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti