...

Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün birtərəfli qaydada addımlar atır - Ceyhun Bayramov

Siyasət Materials 12 Mart 2022 13:23 (UTC +04:00)
Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün birtərəfli qaydada addımlar atır - Ceyhun Bayramov
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün birtərəfli qaydada addımlar atır.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda inklüziv sülh perspektivləri" mövzusunda müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan bu məsələdə Ermənistan tərəfindən cavab addımlarına ümid edir.

"Bür müddət əvvəl Azərbaycan tərəfi xoş məram göstəricisi olaraq Ermənistana yeni təklif göndərib. Biz Ermənistana iki ölkə arasında münasibətlərin normallaşmasını da əhatə edən bir sıra fundamental prinsiplər təklif etmişik. Biz müəyyən prinsiplər əsasında münasibətləri inkişaf etdirməyə hazırıq. Əgər Ermənistan münasibətləri normallaşdırmaq istəyirsə, bu, onlar üçün yaxşı imkandır. Ermənistanın cavabı yaxın zamanlarda məlum olacaq və biz əlbəttə ki, müvafiq addımlar atacağıq", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti