Bakı. Trend:
Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Heppi Azərbaycanda səfərdədir.
Trend xəbər verir ki, C.Heppi Bakıya bir günlük səfərə gəlib. Bu, Britaniya Müdafiə Nazirliyi səviyyəsində Azərbaycana sayca ilk səfərdir.
Səfər çərçivəsində yüksək səviyyəli görüşlər nəzərdə tutulub.
Müzakirə üçün əsas mövzular Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərinin 30-cu ildönümü ərzində Böyük Britaniya-Azərbaycan müdafiə əməkdaşlığının genişləndirilməsi imkanları, Azərbaycan-Ermənistan münasibətləri və sülh prosesinin vəziyyəti, Ukrayna ilə bağlı məsələ olacaq. Nazir həmçinin minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edəcək və Şəhidlər Xiyabanını da ziyarət edəcək.